“Qarabağ”ın ilk matçının vaxtı bilindi
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” ilk yoxlama görüşünü yanvarın 17-də "Kuban”a qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisi ilə görüşün başlama saatı açıqlanıb.
Belə ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini 2018-ci ilin ilk qarşılaşmasına həmin gün Bakı vaxtı ilə saat 18:00-da çıxaracaq.
Qeyd edək ki, "Qarabağ” Türkiyədə olduğu müddətdə həmçinin"Legiya” (Polşa), "Şkupi" (Makedoniya), "Mariopul" (Ukrayna), "Sarayevo" (Bosniya və Herseqovina) və "Mladost"la (Monteneqro) üz-üzə gələcək.