NİCAT NOVRUZOĞLU: AT ROLUNU GƏRƏK BABƏK ŞİRİNSİFƏT ÖZÜ OYNAYAYDI

NİCAT NOVRUZOĞLU
57827 | 2018-01-16 12:00

Təzəbir rejissor peyda olub Azərbaycanda, Arazıno tayındandı. Müəyyən ciddi filmlərə də imzaatıb, cəmiyyətdə az-çox hörmət qazanmışdı.İndi bu hörmətini təzək eləyib vurdu divara.

İndidə komediya çəkib, reklam olmasın deyə filminadını yazmıram. Və filmdə dəbir rayonu və bir rayonun camaatını təhqir edib. Filmin ssenari müəllifi İlhamla birgə. Görünür, İranda onu «xər»adlandırıb minən farsların heyfini qarabağlılardan almaq istəyib.

Deyirlər burda nə var ki, bir zarafatdı. Zarafatdı, gedino zarafatı ananızla edin, bacınızla edin, nənənizlə edin, xalanızla edin, dayınızla,əminizlə, əbəcdadınızla eləyin.

Buzarafat deyil, türklər buna «eşşək şakası» deyirlər.

Başrolun ifaçılarından biri də deyir ki, burdanə var ki, at deyəndə adamın gözünün qabağına Qarabağ atı gəlir. Mən də rejissorun nəzərinəçatdırıram, eşşək deyəndə də bizimyadımıza Mazandaran düşür.

İlin-günün bu vaxtındadərd və ağrı içində yaşayan bir rayonun camaatıilə «eşşək şakası» yapıb məzələnməyə heçbir don geyindirmək olmaz.

Rayonunziyalıları, camaatı ayağa qalxandan sonra indi filmdən həmin epizodu çəkib çıxarıblar. Həmin rayonun qaziləri filminmüəllifini çağırıb oturdublar, danlayıblar və deyiblər ki, səni at kimiminərdik, amma yazığımız gəldiyinə görə minmirik. Yəni epizod da məhz ondan sonra çıxarılıb.

BabəkŞirinsifətə də məsləhətimiz odur ki, yeri boş qoymasın, atı eşşəklə əvəz etsin, eşşək rolunu da özü oynasın, aktyor onun belinəhoppananda desin: «Babaa, nə bildin mən mazandaranlıyam?»

P.S.Həmin rayonun adını camaatı yenidənqıcıqlandırmamaq üçün yazmıram.


TƏQVİM / ARXİV