Aqil ABBAS: BU MİLLƏTİN BAŞINDA AZ DƏLLƏKLİK EDİN

122802 | 2018-01-17 09:54

Cəmibircə əsrin içində hamı bu millətin başındadəlləklik edib. Adını dəyişiblər, dörd dəfə əlifbasını dəyişiblər. Bu əlifba dəyişiklikləriilə də milləti kökündən qoparıblar.

Millətkəndinə gələndən sonra 92-ci ildə həm Türkiyə ilə daha yaxından bağlanmaq üçün, həm də Avropaya çıxmaq üçün yenidən latın əlifbasınaqayıtdıq. Burda da bir dəlləklik elədilər. Dünyanın, eləcə də Türkiyənin istifadə etdiyi latın əlifbasına da olduğu kimi keçmədik. Ona görə də internetdə nə qədər əziyyət çəkirik. Nə isə, o qatar çoxdan gedib.

İndidə ana dilimizlə oynayırıq. Əvvəla, XX əsrdəbir dəfə dillə oynadılar. Əvvəllərədəbi dil kimi Gəncə, Qarabağ dialekti götürülürdüsə, sonra bunun üstündənxətt çəkdilər və keçdilər Bakı dialektinə. Düzdü, bu oqədər də ciddi bir fərq eləmədi.

İndidə yeni sözlər qayırırıq. Nə bilim, ipəzor,ipəsox,dilə yatmayan sözləri dilimizə soxuruq.Guya alınma sözləri tərcümə edirik.

Ovaxt Türkiyədə bir Dil Üst Qurumu yaratdılar ki, dili təmizləyəcəklər, türk diliniməhv elədilər və Türkiyə türklərini bizlərdən, tatarlardan, ümumiyyətlə,Türkiyədən kənarda yaşayan türklərdən ayırdılar. Təmiz türksözü «nənə» sözünü elədilər «babaanne, anaanne» «bacı»nı «qızqardaşı». Bir tərəfdəndə fransız sözlərini gətirib çoxdular türk dilinin içinə. Nə isə, özləri bilər. Biz öz dərdimizi çəkək.

Akademiyanınalimləri elə bil dilimizin qəsdinə durublar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qəşəng» sözü «qəşənk»yazılmalıdır. Niyə, qaqa, «k»la yazanda hamımız qəşənk olacağıq? Nə bilim, day birdə hansısa hərfləri dəyişirlər. Orta məktəblərimizdə müəllimlərimiz «qəşəng» sözünü uşaqlara heç «qəşəng» kimiöyrədə bilmirlər, bir imla yazdırsaq, 80 faizində yüz orfoqrafik səhv taparıq. İndi də «qəşənk» yazmağı öyrədəcəyik.

Nəbilim iki samitin biri düşməlidi, «ədəbiyyat» yox, ədəbiyat» yazılmalıdı, «riyaziyyat»yox, «riyaziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, «Məhərrəm»yazılmalıdır «Məhərəm», adam da səhv elədi ortadakı «ə»ni yedi «Məhərəm» oldu «Məhrəm». Məsələn, «eşşək» sözünü «eşək» yazmalıyıq.«Eşək» hara «eşşək» hara?! Hələ elə adamlar var ki, onlara «eşşək» deyəndədə ürəyin soyumur, üç «ş»la deyəndə ləzzət eləyir .

Hörmətli,alimlər! Möhtərəm Prezidentimiz İlham ƏliyevAzərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox.

İndiiki samitdən birini ixtisar etsək, onda AzərbaycanMilli Elmlər Akademiyası day indən belə AzərbaycanMili Elmlər Akademiyası yazılacaq?

Mənölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

Hörmətlialimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu,Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü dətəmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçikimi Akademiyaya dəvət edin.


TƏQVİM / ARXİV