adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Yanvar 2018 14:56
19745
MƏDƏNİYYƏT
A- A+

AXIR Kİ BƏSTƏKAR RAZİM PAŞAYEVİN DƏ EVİ OLDU

Füzulinin işğalından sonra Bakıda kirayə yaşamadığı yer qalmamışdı. Füzuliyə qayıtmaq arzusu içində çoxdan ölmüşdü. Eləcə də təkcə Füzuli yox, bir çox arzuları içində ölmüşdü və bu gözlərindən oxunurdu. Bircə istəyi vardı ki, birotaqlı bir evi olsun, day heç kim onu kirayədə qaldığı yerdən çıxarmasın.

Yanvarın 15-də nəhayət ki, bir evi oldu və heç kəs onu həmin evdən çıxara bilməz.

Yerin beşit olsun. Mən demişəm, yenə deyirəm, qarabağlıların hamısı cənnətə gedəcək, ən günahkarı da. Çünki qadir Allah heç kimə ikinci dəfə cəhənnəm əzabı yaşatmaz.

Sən ölmədin ki, Vaqif Cəbrayılzadənin təbirincə desək, su kimi çəkilib torpağa getdin. Bəstələrində isə əbədi həyat qazandın.