adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Yanvar 2018 13:47
13834
SİYASƏT
A- A+

Lavrov: Qarabağın həlli ilə bağlı konkret planımız yoxdur

Dağlıq Qarabağ münaqişəsini yalnız tərəflər özləri həll edə bilər.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə əlaqədar bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Rusiya Federasiyasının münaqişənin həlli ilə bağlı konkret planları ola bilməz, çünki problemi yalnız münaqişə tərəflərinin özləri həll etməlidir. Rusiya, ABŞ və Fransa ilə birlikdə həllin əldə olunması ilə bağlı şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.

Lavrovun sözlərinə görə, Rusiya danışıqlar prosesində münaqişə tərəflərini ümumi məxrəcə gətirməyə çalışır: "Biz son illər tərəflərin bütün mövqelərini ümumilişdirərək bir araya gətirmək üçün intensiv səylər göstərmişik”.