adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Yanvar 2018 13:42
8501
GÜNDƏM
A- A+

Bir ildə sürücülərə 3,5 milyon protokol yazılıb

Artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur.

Adalet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib.

"Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 624 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 18.132 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 84 avtomobil saxlanılıb.