adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Yanvar 2018 17:08
18678
MƏDƏNİYYƏT
A- A+

Tarantino Di Kaprionu baş rola çəkir

Hollivud ulduzu Leonardo di Kaprio kinorejissor Kventin Tarantinonun yeni filminə çəkiləcək.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, di Kaprio filmdə baş rolu oynayacaq.

Tarantinonun yeni filmi silsilə qətllər törədən Çarlz Menson haqqındadır.

Mensonun qurbanlarından biri olan Şeron Teyti (rejissor Roman Polanskinin arvadı) aktrisa Marqo Robbi oynayacaq. Filmin premyerası 2019-cu ilin avqustuna nəzərdə tutulub.

Xatırladaq ki, Çarlz Menson öz kommunasının üzvləri ilə birlikdə Polanskinin arvadı Şeron Teyti və Teytin dörd tanışını qətlə yetirib. Bundan başqa Menson daha iki qətldə təqsirli bilinib. Onu ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırıblar. Menson 2017-ci ilin noyabrında 83 yaşında vəfat edib.