adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Yanvar 2018 11:40
18138
KRİMİNAL
A- A+

Axtarışda olan 13 nəfər tutulub

Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.