adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Yanvar 2018 12:14
13623
DÜNYA
A- A+

Rusiyada kütləvi zəhərlənmə: 150 nəfər xəstəxanalıq oldu

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.

Adalet.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, "Şulon do” kafesində eyni gündə nahar edən 150 müştəri zəhərlənib. Məlum olub ki, kütləvi zəhərlənməyə salmonellez infeksiyası səbəb olub.

Zəhərlənən 64 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda kafe bağlanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.