adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Yanvar 2018 11:37
12693
SİYASƏT
A- A+

Jirinovski deputatlardan bir milyon pul istədi

Rusiya Liberal-Demokrat Partiyasının lideri, prezidentliyinə namizəd Vladimir Jirinovski deputatlardan maddi dəstək istəyib.

Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski seçki kampaniyasına dəstək üçün deputat həmkarlarının onun bank hesabına adambaşı 1 milyon rubl köçürməsini rica edib.

"Prezident seçkilərində iştirak edən tək deputat mənəm. Hesab edirəm ki, 450 deputat seçki kampaniyası üçün hesabıma 1 milyon rubl köçürə bilər. Əminəm ki, bəziləriniz 10 milyon da verə bilərsiniz", - deyə Jirinovski Dumada çıxışında bildirib.

Xatırladaq ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Jirinovskinin prezidentliyə namizədliyini qeydə alıb.