Bərdədə 4 otaqlı ev yanıb
Bərdə rayonunda yanğın olub.
Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 143 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 20 m2 və tavanın şüşə pambıq üzlüyü 143 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Digər Xəbərlər
19 Aprel 2024 18:04