ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycanda tapılan çeçen qadın Çeçenistana göndərildi

4855    |   2018-01-13 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni il bayramı ərəfəsindəGoranboyrayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın ötən gecə Azərbaycandan Çeçenistana yola salınıb.

Adalet.az xəbər verir ki, bu barədə Modern.az saytına özünü 104 yaşlı Mədinə Əliyeva kimi təqdim edən qadının saxlanıldığı"Tereza ana” sosial sığınacağından məlumat verilib.


"Qadın Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini demişdi. Müvafiq qurumlarla aparılan dəqiqləşdirmədən sonra onu Bakıdan Çeçenistana yola saldıq ”.


Bakıdakı "Tereza ana” sığınacağından onu da bildiriblər ki,Mədinə Əliyevanın yola salınması Rusiyanın Bakıdakı səfirliyinin köməyilə həll olunub. QadınıÇeçenistandan olan nümayəndələr müşayiət ediblər. Hətta onasərhəddi keçmək üçün müvəqqəti sənəd də verilib.

Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılmışdı. Azərbaycan, rus və çeçen dillərində yaxşı danışa bilən bu ahıl qadının Goranboya necə gəlib çıxması hüquq-mühafizə orqanlarını da təcübləndirmişdi.




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK