Azərbaycanda tapılan çeçen qadın Çeçenistana göndərildi
Yeni il bayramı ərəfəsindəGoranboyrayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın ötən gecə Azərbaycandan Çeçenistana yola salınıb.
Adalet.az xəbər verir ki, bu barədə Modern.az saytına özünü 104 yaşlı Mədinə Əliyeva kimi təqdim edən qadının saxlanıldığı"Tereza ana” sosial sığınacağından məlumat verilib.
"Qadın Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini demişdi. Müvafiq qurumlarla aparılan dəqiqləşdirmədən sonra onu Bakıdan Çeçenistana yola saldıq ”.
Bakıdakı "Tereza ana” sığınacağından onu da bildiriblər ki,Mədinə Əliyevanın yola salınması Rusiyanın Bakıdakı səfirliyinin köməyilə həll olunub. QadınıÇeçenistandan olan nümayəndələr müşayiət ediblər. Hətta onasərhəddi keçmək üçün müvəqqəti sənəd də verilib.
Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılmışdı. Azərbaycan, rus və çeçen dillərində yaxşı danışa bilən bu ahıl qadının Goranboya necə gəlib çıxması hüquq-mühafizə orqanlarını da təcübləndirmişdi.
Digər Xəbərlər
24 Aprel 2024 18:35
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO
24 Aprel 2024 15:36Hikmət Mirzəyevdən qisas almaq istəyən konqresmen KİMDİR...
24 Aprel 2024 15:21Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 15:12Qocanın qəliz israrı: Bu gün yenidən “soyqırım” dedi
24 Aprel 2024 14:12