adalet.az header logo
  • Bakı 11°C
13 Yanvar 2018 15:54
10036
SİYASƏT
A- A+

Cavanşir Paşazadə komaya düşən deputat həmkarından DANIŞDI

70 saylı Masallı şəhər seçki dairəsinin deputat Nəriman Əliyevin koma vəziyyətinə düşdüyü barəsində məlumat vermişdik.

Nəriman Əliyevin səhhəti ilə bağlı danışan deputat həmkarı Cavanşir Paşazadə onun son durumundan söz açıb.


Cavanşir Paşazadənin sözlərinə görə artıq Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: " Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhiti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar. Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.(modern.az)