ANA SƏHİFƏ / GÜNDƏM

“Amnistiya barədə dəqiq məlumat almışıq”

5375    |   2018-01-13 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidentinin 2018-ci ili "Cümhuriyyət ili” elan etməsi səbəbiylə yaxın aylarda amnistiya veriləcəyinə dair məlumatlar yayılıb.


Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, artıq amnistiya barədə məsələni ölkə rəhbərliyi diqqətə alıb və məsələyə baxılacaq:

"Cümhuriyyətin 100 illiyi ilə bağlı aminitsiya veriləcək. Bizə bu barədə dəqiq məlumatlar çatıb”.


Millət vəkili Tahir Kərimlidə bildirib ki, bu il amnistiya gözləniləndir:

"Hesab edirəm ki, Novruz bayramında və ya ondan əvvəl amnistiya olacaq. Bu bizim arzumuzdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar amnistiyanın olacağına isə şübhə etmirəm.

Cənab prezidentin 2018-ci ili "Cümhuriyyət ili” elan etməsi ən çox milli azadlıq hərəkatında iştirak edən biri olaraq məni və mənim kimiləri daha çox sevindirib. Çünki biz o dövləti bərpa etmişik. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Bizim deputat kimi bunun altında imzamız var. Bu cür böyük ildə amnistiyanın olmağı gözləniləndir. Eyni zamanda, qanunauyğundur və arzu olunandır. Bu istiqamətdə hər birimiz amnistiyanın olması üçün çalışacağıq. Bununla bağlı müvafiq müraciətlərimizi də edəcəyik”.




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK