adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Yanvar 2018 11:24
8604
HADİSƏ
A- A+

Ötən günün “yol terroru” - 4 hadisə 8 yaralı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.