ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Çeşmələrdən seçdiklərim

İndi də gözüm haqqında

2027    |   2018-01-13 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir vaxtlar bədənimin əzalarının bir neçəsinin rolu haqqında sizlərə yazmışam. Uzun illər dostluq, sirdaşlıq etdiyim bir həmkarımla küçədə gedərkən böyrümüzdən keçən çox yaraşıqlı bir xanıma dönüb baxdım. Həmkarım dedi: "Mayıs müəllim, nədir sənin istəyin? Bu xanımlara nə çox baxırsan? Gözün baxmaqdan doymur?" Düzü çox yerində deyilmiş bir kəlam idi. Mən yol gedə-gedə həyatımda görduklərimi ona söylədim:
-Anadan olanda hamı sevindi-güldü, mən agladım, anam süd verdi, doydum, yatdım, durdum. İllər arxada qaldıqca gözümün həyata, dünyaya baxışı da artırdı. Onu da deyim ki, əzalarımın hamısından qabaq gözüm qaynar bulaq kimi aşıb-daşıb, çaglayıb. Ətrafa baxıb hissələrimə mənəvi qida verdi. Aylar-illər arxada qaldıqca gözüm dünyada çox qiymətli, maraqlı-maraqsız hadisələr gördü. ...çəmənin laləsini, bağını-bağçasını, dağını-aranını, enişini-yoxuşunu, düzünü-əyrisini gördü. ... qışın soyuğunu, yayın istisini, yazın gözəlliyini payızın naz-nemətini gördü. ...dönyada ən gözəl sayılan Çin qızını, kürd qızını, qaraçı qızını... Göz alışdı, ürək yandı, lakin göz öz qapaqların örtmədi, elə hey baxdı-baxdı. Dağların baldırqanı, quzu-qulağını yemliyini, qanqalını, çiyələyini, qızartağını, gözüm gördü, əllərim dərdi, dişlərim çeynədi... Yenə gözlərim doymadı. Gözlərim önündə çox insanlar öldü. Çox atalar oğlunu, oğullar da atasını öldürdü. Bütün bunları gözlərim gördü. Çoxlu pul saydım. Beş-on, əlli-yüz, min sonrasını bilmədim, Yenə gözlərim həyatla razılaşmadı, qane olmadı. Nə idi onun axtardığı billə bilmədim. Başı şiş qayalı dağların düz qülləsinə aşağıdan durub baxdım. Gözüm qorxdu, lakin o dağların da əlçatmaz zirvəsinə çıxdım, yenə gözlərim doymadı. Velosiped sürdüm, motosikl sürdüm, qaz-53 maşından Mercedes-ə qədər maşın dəyişdim. Yenə rahatlanmadım, gözlərim doymadı, axtarışda oldu, nə axtarırdı bilə bilmədim. Karton kağızından tac qayırıb başına qoyub, dəldixanada özünü şah kimi təsəvvür eliyən insan gördüm. Özündən 3-4 dəfə ağır qızılı, var-dövləti olan insan gördüm. Ondan da qaçdım, yenə axtardım. Gördüm insanların eşşəklə uzaq məsafədən içim suyunun daşımasını. İnsanların tək bacalı damda yaşamalarını... Doqquz, on dörd mərtəbəli evlərdə, mətbəxlərdə axan suları gördüm. Dağların döşündən şır-şır axan soyuq bulaqlardan qurtum-qurtum içdiyim suları gördüm. Sumqayıtın qaynanmamış, içmək olmayan sularını gördüm. At-eşşəklə üç gün Azərbaycanın, hazırda əl çatmaz, ün yetməz Ermənistan torpağında qalan ata-baba yurdlarımızdan köç etdiyim günləri gördüm. Mindiyim öküz yol dar olduğundan sıldırım qayanın döşündən yol gedərkən, yolu pəl edərək məni üzərindən atdığı günləri gördüm. Bir çəpiş, bir toğlu ilə başa gələn oğul-qız toyunun açıq havada çadırda olduğunu gördüm. Beş-altı yüz nəfərlik şadlıq sarayında toyları gördüm, yenə gözlərim doymadı. Hitlerin şəxsi gəmisinin Qızıl Ordu tərəfindən qarət olunduğunu gördüm. Ərlərindən qara kağız gələn, bir üzü qız, bir üzü gəlin-bacı, analarımızın öz qiyafələrində için-için yanıb-odlanıb, qarıyıb, qocalıb, öldüklərini gördüm. Bir vaxtlar əcnəbi ölkələrin qapılarının üzümüzə bağlı olduğunu gördüm. İndi o ölkələrin qapıları açıq... Bacalı damın bir hissəsində qoyun-keçi, mal-qara, bir hissəsində 5-6 nəfər öz ailəsi ilə yaşayan ailələr gördüm. Qışda ocaq qalamaq üçün yaxın 2-3 km məsafədən arxasında odun daşıyan qadınlar gördüm. Kolxoz sədri olan bir əclafın ərləri müharibəyə gedən qız-gəlinlərin gecələr evinə soxulduğunu gördüm. "Cənnət də gördüm bu dünyada, cəhənnəm də. Yenə gözüm doymadı. Axtardı-axtardı, qaldı baxa-baxa. Baxdı, yaşadı...
Keçmişin yararlı-yararsız, mənasız gənclik illərində keçirdiyi günlərimə görə gözümü qəsdən qapadım. Lakin yenə açılıb, qaldı baxa-baxa, axtara-axtara...



SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK