ANA SƏHİFƏ / YAZARLAR

ƏMİRCAN DAHİSİ - I

14652    |   2018-01-13 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Sakit divanə)

"Baksovet" xatirələri

Qışda görünməzdi. Daha çox yayda, bir də yazın-payızın isti günlərində gələrdi "Zülfünün akademiyası"na. Yəni Filarmoniya bağındakı Qala divarlarına söykənən çayxanaya. Qapalı yeri xoşlamazdı. Daha çox ağacların arasındakı ən ucqar masaların birində əyləşərdi. Məşhur rəssam burada ya hansısa bir dostu ilə vədələşib çay içər, söhbətləşər, ya da eləcə tək əyləşib ətrafı seyr edər, düşüncələrə dalar, başını tərpətməklə salamlara cavab verər, tünd çay və "Avrora" siqareti də öz yerində. Düşüncələri dağınıq olanda, yaxud konkret bir istiqamətə yönələndə uzun və nazik barmaqları arasındakı siqaret 3-4 sm qədər küllənib uzanardı. Saçları çiyninə tökülən və özünəməxsus geyimi ilə də ekstravaqant təsir bağışlayan bu arıq adam, rəssam Səttar Bəhlulzadə idi, bəli. Məhz o özü idi. Xalqımızın böyük rəssam oğlu Səttar Bəhlulzadə! Onun tez-tez Əmircandan "Bakovet"ə gəlib sakit addımlarla çayxanaya düşməsi, öz qaynarlığı ilə seçilən bu məkanın aurasını müəyyən qədər də olsa dəyişərdi. Onu görənlər ən azından addımlarını yavaşıdar, dönüb diqqət edərdilər.
Mən Səttar Bəhlulzadəni həyatda, yəni qarşı-qarşıya ilk dəfə 1969-cu ilin may ayında görmüşəm. Deyəsən həmin il 60 illiyi olacaqdı. Atamdan da 13 yaş böyük olan bu kişini, bu sənətkarı mən heç kimə oxşada bilmirdim, o heç kimə bənzəmirdi. Nə sifət, bədən quruluşu, nə də geyimləri ilə. Ancaq hərdən bir nəfərlə onun uzaq oxşarlığını xəyal edirdim. Uşaqlıq və yeniyetməlik illərimizin sevimli film qəhrəmanı İxtiyandra, "Amfibiya adam" a oxşadırdım. Oxşadırdım deyəndə ki, rəssamın cavanlığını təxminən İxtiyandrın İçərişəhər çəkilişindəki görüntüsü ilə obrazlaşdırırdım.
Bizi ilk dəfə Zakir Fəxri tanış etmişdi. İlk dəfə Zakirlə birlikdə onunla çay içib söhbət etmək şansım yaranmışdı. Sonralar mən Səttar Bəhlulzadə ilə o tək olanda da yaxınlaşıb görüşərdim. Bəzən onun masasında əyləşməyimi özü istəyərdi, mən də əməl edərdim. Mən ən adi bir görüntünün də rəsmini çəkə bilmirəm, yəni rəssamlıq bacarmıram. Ancaq bu sənətə marağım böyük olub həmişə. Məlumat, dünyagörüş baxımından həmsöhbətliyə cəsarətim çatıbdır yeri gələndə. Səttar Bəhlulzadə Zakir Fəxrinin xətrini çox istəyərdi. Yəqin elə məni də Zakirə görə yanına çağırardı. Mənə müraciətində "şair" deyərdi. Bu da güman ki, Zakirin gənc şair olması və mənim onunla yaxınlığımın təəssüratı idi. Sonralar mən Səttar müəllimə şair olmadığımı, jurnalistika fakültəsində oxuduğumu ehmalca bildirərək fikrini adıma yönəltmişdim. Bəli, bundan sonra əsl adımı onun dilindən eşidib qürur duymağımı heç vaxt unutmaram.
Adi bir tələbənin müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri, Əməkdar incəsənət xadimi, xalq rəssamı, Dövlət mükafatı laureatı və "Qudyalçay vadisi", "Yaşıl xalça", "Cıdır düzü", "Xəzər gözəli", "Kəpəzin göz yaşları", "Suraxanı atəşgahı", "Abşeron tacı" kimi onlarla məşhur sənət əsərlərinin müəllifi ilə söhbət etmək imtiyazımın olması belə fəxr etmək, hətta lovğalanmaq üçün ən maksimal imkan idi. Doğrudan çox qəribə insan idi Səttar Bəhlulzadə. Bizlərin onun əsərlərini tanımağımız, müəyyən qədər izahını verə bilməyimiz elə bir təsir oyatmırdı. Buna görə bizə tərifli sözlər də demirdi. Ancaq elə ki, biz dünya incəsənətindən, dünya rəssamlıq məktəblərindən müəyyən fikir söyləyə bilirdik, yəni incəsənət tarixi baxımından bilgilərimiz onu qane edirdi, onda üzünə xoş bir təbəssüm qonurdu. Yəqin daxilən sevinirdi. Sevinirdi ki, Azərbaycan gəncliyi hər bir sahədən məlumatlıdır, maraqlanan, oxuyan, öyrənəndir. Onun yaradıcılığını məşhur Meksika rəssamı Alfaro Sikeyrosla müqayisə edərkən "Mazahir, onu hardan tanıyırsan?" - deyə müəmmalı tərzdə soruşmuşdu. "Sizin söhbətlərinizdən sonra maraqlanmışam" cavabım böyük rəssamı qismən razı salmışdı. Çünki dönüb mənə bir "sağ ol" da deməyi unutmamışdı.
Mistikadır, nədir, hər halda çox qəribədir. Çünki indicə, bax elə yazımın bu məqamında qəfil xatırlayıram ki, bu iki dahi rəssam eyni ildə - 1974-cü ildə vəfat ediblər. Mənim babam rəhmətə gedən ildə.
Mən bu insanın, 60-70-cı illər "Baksovet"inin canlı əfsanəsini, bu dahi sənətkarın əsərlərini yaşa dolduqca daha yaxşı mənimsəyir, onunla şəxsi tanışlığımın qürurunu dünyaya sığdırmırdım. Əsasən Abşeron təbiətinin təsvirlərində hüdudsuz istedadını duyduran böyük rəssam, Azərbaycanın digər səfalı guşələrinin də lirik mənzərələrini məhəbbətlə yaradırdı. Səttar Bəhlulzadənin bütün mənzərələrində poetik əhval-ruhiyyə və kompozisiya quruluşu, işlətdiyi boyalarda kolorit gözəlliyi xüsusi məna daşıyır. Yaradıcılığındakı şərti təsvir formaları ilə də o, məhz özünəməxsus üsluba sadiq qalır, heç kimə bənzəmirdi. Bəhlulzadə məktəbi bizə tanış və daha yaxın, doğma olduğundan, onun yaradıcılığını və dəyərini qavramaqda çətinlik çəkmirdik. Rəssam olmasaq da.
P.S. Bir zamanlar bəlkə başqa bir rubrikada "Əmircan dahisi - II" adlı esse də qələmə alınacaq.



YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK