Əbülfət MƏDƏTOĞLU: BU HAVAYA BƏND OLMA

ƏBÜLFƏT MƏDƏTOĞLU
61917 | 2018-01-12 17:31

Nədənsəqulaqlarımda dünya şöhrətli müğənnimiz Zeynəb xanımın ifası səslənir. Sağa-solabaxıram. Elə bilirəm ki, televizordan, radiodangəlir o səs. Amma iş otağında bunların heç biri yoxdu. Səs isə məni bir anda olsa rahat buraxmır. Görəsən bu səs hardan gəlir belə?.. Yaddaşdanmı, göy üzündənmi…Yenə bilmirəm. Elə o səsi öz içimdə dinləyə-dinləyəpəncərəyə yaxınlaşıram. Və birdən istəyirəm ki, qışqıram: «Tapdım!». Amma qışqırmıram.Sadəcə, bu tapıntıma uşaq kimi sevinirəm. Axı, Zeynəb xanımın səsi indi pəncərəmdənsüzülən zəif qış günəşinin, ətrafı bir xoş ovqata bürüyən havanın özündən süzülübgəlir. 

Və o səs özü deyir axı:

Havayabaxıram hava məxşuşdu,

Gəzdiyimoylaqlar yadıma düşdü.

Birgün deyərlər ki, Alı da köçdü,

Sındıtelli sazı tazə nə qaldı.


Qulağımdasəslənən o ifa məni elə bu havaya kökləyir. Və mənə elə gəlir ki, indi iş otağımınpəncərəsindən Yasamal qəbiristanlığına baxmıram. Əksinə, o qəbiristanlığın içərisindənkeçib gedib doğulduğum kəndə çıxmışam. Hava proqnozundan bilirəm ki, qar yağıb doğulduğumkəndə. Və bu günəşli hava indi o yamaclardakı, dağ döşündəki qarı əməlli-başlı oxşayır,sığallayır. Və qar da gülümsəyir adamın üzünə. Mən də dizimə qədər qara bata-batakəndarası yolla addımlayıram…

Vəbirdən iş otağımın qapısı açılır. Səsə geri çevrilirəm. Məni bu xəyaldan, kəndimdənqoparıb gətirən adamın kim olduğunu öyrənmək istəyirəm… Heç kim yoxdu. Qapı eləöz-özünə açılıb. Yenə qayıdıram pəncərədən baxmağa. Bu dəfə kəndim görünmür. GörünənYasamal qəbiristanlığıdı, bir də orda inşası davam etdirilən yeni məscid binası.

Bax,belə bir ovqat məni istəmədiym halda daxilən elə sıxır ki, elə bil ürəyim zindanüstünə qoyulub. Və mən özüm də bilmədən, daha doğrusu, istəmədən bu günlərdə yazdığımmisraları pıçıldamağa məcbur oluram.


Dərdimiyuata götür,

Mənimərasim evinə…

Bəlkədə şəklimə baxıb –

Ruhumbir az da sevinə…


Özünsifariş etmişdin

Yataqodana qoymağa…

Məqamtapmıram, demişdin –

Gözünəbaxıb doymağa!..


İndiəlçatan bir yerdən

Asmısanhamı da baxır…

Şəkliortaya çıxardın –

Dillən,adımı da çağır!..


***

Beləcə,bir ovqatla yazı masama dönürəm. Qarşıma tökdüyüm şəkillərə, saralmış vərəqlərəbaxıram. İnsan ildən-ilə, gündən-günə, saatdan-saata necə də dəyişirmiş, qocalırmış?Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində doğulduğum kənddə çəkdirdiyim və kitablarımınarasında Bakıya gəlib çıxmış şəkillərimi gözdən keçirirəm. Onların hər biri xatirəolmaqdan başqa həm də mənim dünənimi mənə diktə edən bir səsdi, bir görüntüdü, birqara qələmlə yazılmış hökmdü. Mən onları gördükcə, gözdən keçirdikcə, dinlədikcəbu günə niyə gəlib çıxdığıma təəssüflənirəm. Hətta şəkillərdən birinə baxan gənchəmkarlarımdan biri söyləmişdi ki, müəllim, siz o vaxtlar nə yaman şux imişsiniz.Doğurdan da illər hər şeyi almaq gücündəymiş. Ayağının altında doğulduğu torpaqolmayan, gözünü açıb gördüyü daş, divar, tavan olmayan birisinin şuxluğu necə qalabilər ki? İnsan mənə görə ağaca bənzəyir.Kökü torpağa işlədikcə qol-budağını da, qamətini də qoruyub saxlayır. Elə ki, köklərfəaliyyətdən qalır, onda başlayır qurumağa. Və biz də onun quruduğunu ancaq gövdəsində,budaqlarında görürük. Amma bilmirik ki, ağaclar birinci kökündən quruyur. Kök gövdəni,budaqları qidalandırmadıqca bitib tükənir ağacların ömrü. Və günlərin birində dəya külək yıxır, ya da bir əlibaltalı o ağacları…

Hə,mən bu düşüncələrin içərisində özüm də bilmədən filosofluq edirəm. Guya ki, bununla özümə təsəlli vermək, özümü düşdüyüm durumdançıxarmaq istəyirəm. Amma bu mümkün deyil.Çünki Allaha və bir də sahibinə bəlli olangerçəyi heç cür dəyişmək, heç cür silmək, yeniləmək mümkün deyil. Ona görə də mənhələ xeyli öncə yazdığım şeirin bir bəndində demişdim ki:

Yozulmayanyuxular yazılmayan məktubdu…

Bubir özəl dünyadı – ora giriş məhduddu!..

İndimənim özəl dünyamın hamıya və heç kimə məlum olmayan elə çalarları var ki, onu biranda alt-üst etmək də mümkündü, ona qol-qanad vermək də. Çox təəssüf ki, içindəolduğumuz zaman daha çox «ayının dostudu», bizimlə heç hesablaşmaq istəmir. Həttabəzən elə oyunlar oynayır ki, onun musiqisini də tapmaq, dəyərləndirmək mümkün olmur.Çünki sümüyə düşməyən, əsəbləri oynadan, az qala bütün ağırlığı ilə insanın çiynindən torpağa tərəf basıb aparano musiqilər ömrü də sürətlə gödəldir, insan həyatını qayçılaya-qayçılaya ümidsizliyidaha da yaxınlaşdırır. Və…

Bəli,mən bu dediklərimi, yazdıqlarımı özüm yaşadığımdan bilirəm ki, bəziləriniz yəqin ki, razılaşacaqsınız ki, dediklərimhəqiqətdir. Nə qədər sərt və amansız olsa da, bu həqiqət asılıb başımızın üstündənqılınc kimi. İstər-istəməz onun xofu bizimlədi. Ona görə də misralar da qələminucundan süzülüb kağıza, vərəqlərə o soyuqluqla düzülürlər.


Mənhəyatda əzəldən

Tək-tənhayam- yalqızam…

İçindəümid donmuş –

Aysberqtək sal buzam…


Oyanıbsübh mehində

Yuyunubgül şehində…

Mənsənin taleyində –

Axıbgetmiş ulduzam…


Cansirdaşım qəm, kədər

Yolyoruram mən hədər!

Kirpikdənruha qədər –

Duzlaşmışam– sal duzam!..


Havanınbu qəribəliyi istər-istəməz adamı otaqdan bayıra səsləyir. Elə istəyirsən ki, işini-gücünü,hər şeyi atıb bir kənara yaxın, doğma bildiyin, sirrini verib, sirrini aldığın kiminsə iştirakıyla çıxıb gedəsən özündən və işindən uzaqlara…

Gedəsənvə gedə-gedə də elə biləsən ki, xoşbəxtliyinə yaxınlaşırsan. Axtardığının izinədüşmüsən, hardasa bir iynə boyu məsafədən sonra tapacaqsan onu. Doğrudur, ümid nəqədər şirin olsa da, nə qədər yaşam istəyini artırsa da, amma mən bu yazdıqlarımabir yazı adamı düşüncəsiylə baxıram, yanaşıram. Çünki tam əminəm ki, o dediyim ümiddə, o tapacağım xoşbəxtlik də elə bu hava kimidi – qış havası kimi! Bir azdan, bəlkədə elə bu yazının nöqtəsini qoyduğum anda bozardacaq üzünü, korlayacaq bütün əhvalımı.Və mən də o korlanan əhvalla qurduğum xəyallara, izinə düşdüyüm xatirələrə yenəuzaqdan baxacam, yenə öz-özümə deyəcəm ki:


Görnecə axır bulud

Dağdandərəyə tərəf?!

Eləbil çəhlim açır –

Sürürdərəyə tərəf…


Zamanqovur, ələyir

Ruhumu«ah» bələyir!

Birgilə şeh çiləyir –

Talehərəyə tərəf!..


Dərdürəkdə zəlimi?!

Zəlisevən dəlimi?!

Uzadıraməlimi –

Təzətərəyə tərəfə!..


İndiözünüz düşünün. Əgər dərd ürəyimizin zəlisidisə və biz də ona könüllü təslim olmuşuqsa,onda havanın, yəni qışın bugünkü gününün nədə günahı var? Ümumiyyətlə, onu günahkarsaymaq mümkündümü? Mən şəxsən ağlım kəsəndən təbiətdə heç bir günah görməmişəm.Amma təbiətin başına oyun açan bizlərin günahlarını heç barmağımı qatlamadan rahatlıqlasaya bilərəm. Düşünürəm ki, siz də bu məqamdamənimlə həmfikir olarsınız. Axı, hər birimiz özümüzə nə qədər təsəlli verməyə çalışsaqda, sonda gəlib eyni nöqtəyə çatırıq. O nöqtəyə ki, orda günahla günahkar üz-üzədayanır. Və biz də sual qarşısında təbii ki, cavab verməyin nə demək olduğunu az-çoxözümüzə təlqin etmişik. Baxmayaraq ki, bildiyimiz gerçəyin fəsadlarını özümüz törədirik.Yəni təbiətə özümüz qənim kəsilmişik…

Nəisə. Mən qulaqlarımda Zeynəb xanımın səsi olmaqla müşahidə etdiyim və məndə ovqatyaradan havanın sarı simində nələrisə demək istəyini gizlətmədim. Amma bu dedikləriminyerinə düşüb-düşmədiyini tam əminliklə söyləmək istəməzdim. Ona görə ki, hər kəsinöz baxış bucağı var. Necə ki, hərənin öz arşını. Elə bu bucaq altında da bu havanınovqatına uyğun demək istəyirəm:


AyMəcnun, ay Kərəm, ay insafsızlar

Mənəbu qapını siz göstərdiniz…

Məniaçıq-aşkar oda salanlar –

İndidə «döz!» deyib gözlədirsiniz…


Yuxumgöyə uçub, xəyalım ərşə,

Cismimitərk edən ruhum da köçüb…

Durmadantələsdim hər gün görüşə –

Hərgün də vaxt məndən arxaya keçib…


Özümünə qədər kökləsəm belə

Damarıdüşmədi dərdin əlimə…

Görünürsevgidə naşıyam hələ –

Təzədəncəlb edir məni təlimə!


AyMəcnun, ay Kərəm, a bəxətəvərlər

Sizisevən də var, siz sevən də var!

Sevginibir az da bəxtdə görənlər –

Dərddənbaşqa kimsə olmur mənə yar!..


Doğurdanda hər havanın öz oynuyanı, hər havanın özdinləyicisi və nəhayət, hər havanın öz barı var. Sonuncu təbiətlə bağlıdır. Yəni hava durumu bir təbiihadisə olmaqla yanaşı, insanı da öz aurasına alır, insanı da haldan-hala salır.Bax, bu mənada mən indi əminliklə demək istəyirəm ki, siz də öz havanızı dəqiq müəyyənləşdirin.Seçin və qərarınızda israrlı olun! Bir az da kobud desəm, öz havanıza oynayın! Vəbir də siz də öz havanıza uyğun geyinib evdən çıxın. Axı indi qışdı, üşüdərsiniz,soyuqlayarsınız. Bax, imkanınız olsa, bu məsləhətimi diqqətinizdə saxlayın, məndəndemək!


TƏQVİM / ARXİV