adalet.az header logo
  • Bakı 20°C
12 Yanvar 2018 17:37
10100
MƏMLƏKƏT
A- A+

Bu avtobusun yolu dəyişdirildi

132 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, daha əvvəl də açıqlandığı kimi, 13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə Bakı Bus MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək. Hərəkət sxeminə əsasən, 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi Məktəb küçəsindən deyil, E.Qasımov küçəsindən "Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Belə ki, Məktəb küçəsi istiqamətində avtomobil yolu Bakı Bus MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. Məktəb küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.