adalet.az header logo
  • Bakı 13°C
12 Yanvar 2018 18:00
23058
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan filmi ABŞ-da festivalda nümayiş olunacaq

Bu gündən etibarən ABŞ-ın Nyu-York şəhərində "Bronx World Cinema” adlı film festivalına start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, yanvarın 14-dək davam edəcək müəllif filmləri festivalında ölkəmizi rejissor Məzahir Həşimovun "Debüt” studiyasında lentə aldığı "Eliza” filmi təmsil edəcək.

Bədii rəhbəri kinorejissor, xalq artisti Eldar Quliyev olan ekran əsərinin ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Filmdə Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyətə başlayan "Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada təqdim etmək festivalın əsas məqsədlərindəndir.