Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Mobil telefon təhsilə zərbə vurur Adalet.az | Mobil telefon təhsilə zərbə vurur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Mobil telefon təhsilə zərbə vurur

12002    |   2018-01-12 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Texnologiyanın sürətli inkişafı müəyyən sahələrə təkan versə də, təhsil sistemində bir o qədər də yüksək nəticələr vermir. Belə ki, Belçikada Təhsil Nazirliyi ilə birlikdə Antverpen və Gent universitetlərindən olan bir qrup alim imtahan verən tələbələrin nəticələri arasında maraqlı müqayisə aparıblar.

Adalet.az xəbər verir ki, Belçikada təhsil zamanı daima smartfondan istifadə edən tələbələrin bilik səviyyələri, mobil telefonlardan daha az istifadə edənlərlə müqayisədə aşağı olub.

Araşdırma zamanı məlum olub ki, müntəzəm olaraq mobil telefonlardan istifadə edən tələbələrin bilik səviyyəsində zəiflik, qəbul imtahanları zamanı kobud şəkildə özünü büruzə verir. Mütəxəssislər qeyd edir ki, tələbə dərs zamanı orta statistik rəqəmlərlə desək, 3-5 dəfə və ya 1 saat ərzində ən az 2 dəfə telefon ilə məşğul olur.

İmtahan nəticələrinə görə, telefonlardan daha az istifadə edən tələbələrin keçid balı minimum 69% təşkil edirsə, smartfon asılılığından əziyyət çəkən tələbələrdə bu göstərici 61% və daha aşağıdır.

Bütün bunlarla yanaşı, mütəxəssislər smartfonların düzgün istifadə olunduğu təqdirdə təhsil sisteminə faydalı ola biləcək xüsusiyyətlərini də vurğulayıblar. Belə ki, tələbələr smartfonların köməyilə lazımı informasiyaları daha tez və daha çox mənbədən əldə edə bilirlər. Texnologiyanın istənilən sahədə insan orqanizminə ziyan vurması qaçınılmaz olduğu kimi, burada da şüalanma nəticəsində, tələbələr arasında görmə zəifliyinin artması qeyd olunur.

Bundan başqa, alimlər cihazların insan yuxusuna mənfi təsiri haqda xəbərdarlıq ediblər.




İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK