adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Yanvar 2018 17:24
20162
SİYASƏT
A- A+

Azərbaycan və İsveçrə prezidentləri Davosda görüşəcək

Bu yaxınlarda keçiriləcək beynəlxalq Davos iqtisadi forumunda Azərbaycan və İsveçrə ölkə başçılarının görüşü olacaq.

Adalet.az-ın xəbərinə görə, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, forumda ABŞ prezidenti Donald Tramp, Çinin lideri və Avropa Komissiyasının prezidenti də iştirak edəcək.

Səfir əlavə edib ki, bu ilin yayında İsveçrədən rəsmi şəxslərin Bakıya səfəri gözlənilir.