adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Yanvar 2018 17:13
15259
İDMAN
A- A+

Qvardiola Premyer Liqanın tarixinə düşdü

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Adalet.az-ın Premyer Liqanınrəsmi saytına istinadən yaydığı xəbərə görə, "Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola yenə bütün həmkarlarını qabaqlayıb.

Ardıcıl 4-cü dəfə ayın ən yaxşısı adına layiq görülən ispaniyalı mütəxəssis bu göstərici ilə Premyer Liqanın tarixinə düşüb.

Qeyd edək ki, Qvardiolanın komandası Premyer Liqada 22 turdan sonra 62 xalla turnir cədvəlinin şəriksiz lideridir.