adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Yanvar 2018 16:58
19710
GÜNDƏM
A- A+

Rusiya DİN: Azərbaycan təhlükəsiz ölkədir

Rusiya Daxili İşlər Nazirliyi əməkdaşları və mülki qulluqçularının istirahətə gedə biləcəyi və onların təhlükəsizlikdə olacağı ölkələrin siyahısını təsdiqləyib.

Adalet.az "Regnum”a istinadən xəbər verir ki, siyahını Rusiya DİN rəhbəri Vladimir Kolokolçev imzalayıb.

Kolokolçev tərəfindən imzalanan siyahıda bu ölkələr yer alıb: "Azərbaycan, Ermənistan, Belarus, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Tacikistan, Türkmənistan, Özbəkistan və Gürcüstanın işğal altın ola əraziləri – Cənubi Osetiya və Abxaziya var”.

Vurğulanır ki, məzuniyyətlər Daxili İşlər Nazirliyi əməkdaşları və mülki qulluqçularının ölkədən getmək barədə raport və ərizələrindən sonra veriləcək.