adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Yanvar 2018 16:35
15625
DÜNYA
A- A+

BMT-dən Trampa sərt reaksiya

ABŞ Prezidenti Donald Trampın ifadələri şokedici və utancvericidir.

Adalet.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Hüquqları Ofisinin sözçüsü Rupert Kolville Trampın Cənubi Amerika və Afrika ölkələrini "iyrənc yerlər” adlandırmasına münasibət bildirərkən söyləyib.

O, Trampın sözlərinin irqçilik olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında razılaşmanı müzakirə etmək üçün Ağ Evdə konqresmenlərlə görüşü zamanı bu ölkələrdən gələn miqrantları "iyrənc ölkələrin nümayəndələri” adlandırıb.