Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Çiyələk qoxulu qırmızı külək... - DEBÜT Adalet.az | Çiyələk qoxulu qırmızı külək... - DEBÜT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Çiyələk qoxulu qırmızı külək... - DEBÜT

12691    |   2018-01-12 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az gənc şair Ülvi Bahadırın şeirlərini təqdim edir.


QIRMIZI YUXU…

Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?…

Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur
"Mən səndən küssəm də sən yanımda ol”…

Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…

Qırmızı Ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir.
"Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir.”…

Qulaq as…qulaq as qırmızı ruhum
Daha burda qalma sonsuzluğa uç…
-A bala qan yuyub aparır səni
-Alo
-Alo…103?…


TANRI BOYLUM...

Tanrı boylum,

mən indi...

...bir xərçəng xəstəsinin 

dalğalara yazdığı vəsiyyət kimiyəm bir az...

Bir az da...

...şeirlərini yandırıb pişiyinin ayağını isidən qərib bir şair kimi...

Heç bilirsən, dalğalar necə gözəl xəttatdı?..

Heç bilirsən, o mənə pay verdiyin alabəzək pişiyim...

...necə gözəl oxuyur bütün şeirlərimi?...

Tanrı boylum...

...orda da qəribdimi küləklər?...

Damlalar qayıdırmı anasının evinə səfeh çucuqlar kimi?..

Dünyanın ən dərinində...

Dünyanın ən hündüründə...olsan da faydası yox...

Səni yaxşı tanıyıram...

Sən bir az ərköyünsən...

Bir az da qırılğansan...

Üzülərsən...inciyərsən...küsərsən demədimmi?...

Tanrı boylum...

...insanlar amansızdı.

Elə vaxtda vurarlar ki,xəbərin belə olmaz

ən çox sevindiyin anda...

ən çox güldüyün anda...

Sən yenə də muğayat ol əllərindən,saçından...

Ayağının ipini yığ...

...gözlərinin çöpünü...

Qoyma kimi faydalansınlar...

...ürəyində bəslədiyin sevgi ehtiyacından.

Tanrı boylum...

...Günəşə çox aldanma...

Sonbaharda qalın geyin əynini...

Kədərli mahnıları çıxart at həyatından...

Şən mahnılara qulaq as...

Sevin,əylən rəqs elə...

Gedənləri vecə alma..qalanlarla mutlu ol...

Onu boş verəcəksən...

Bunu boş verəcəksən...

...alışacaqsan belə...

Əsas odu...qəmlənmə...

Əsas odu...ağlama...

...daima ümidli ol

Tanrı boylum...

Nəfəsini burax,get

Onsuz da ki,sevgi də bir nəfəsdi.

Tanrı boylum...

Kədərini burax,get

Onsuz da ki sevgi də bir kədərdi...

Tanrı boylum...

Gedəcəksən,tələs di...

Lazım deyil...

...bir baxış,bir toxunuş

...bir ömürlük ayrılıqdan betərdi...



UŞAQLIĞIMA ELEGİYA

Bağışla məni...

...məni bağışla

Mən səni öldürərək özümü yaratmaq istədim sadəcə...

Mən...mən indi bilmirəm ki,hansı cəhənnəmdəyəm?...

Mən başqalarının həyatının sinopsisini yaza-yaza...

...öz tretmanımı bitirdim.

Hansı zibilliyə atmışam şeytan bilir...

Bağışla məni...

...məni bağışla

Mən ürəyimin qaynadıb suyunu içdim

İçdim ki,beynimin intihar kəndirini kəsməyə gücüm olsun...

Saçlarımla qorudum onu...

Hərçənd son vaxtlar onlar da...

...ozon qatı kimi deşilə-deşilə gedir.

Nəysə,boşver...

Bağışla məni...

...məni bağışla

Mən gözlərimə xəyanət elədim...

Mən nəfəsimi aldatdım...

Mən dodaqlarımın başını qatdım...

Mən əllərimi çarmıxa çəkdim...

Mən ayaqlarımı ibtidai icma quruluşuna qaytardım...

Yalvarıram,bağışla məni...

Səni qoruya-qoruya itirmək ağırdı.

Mən sənin üstündə yarpaq kimi əsdiyimi sanırdım.

Amma son vaxtlar lap ağını çıxartmışdım.

Əsməyi deyirəm

Əsə-əsə səni də əsdirdim həyatımdan

Bağışla məni...

...məni bağışla

Gecələrin qarasını yaxıram ağaran ruhuma...Babəksayağı

Qaranlığın zümzüməsi yırtır səhərin ağısını

Alnım qaraldıqca qaralır

Tanrım,eynək lazım deyil ki?...

Bağışla məni...

...məni bağışla

Bu şəhərdə bu şəhərdən də gözəl nə var?...

Ehh,o qədər şey var ki...mənim olmayan

Ey mənim olmayanlar!...

Yağış olmayacaqsınızsa bulud da olmayın...

Günəş olmayacaqsınızsa səma da olmayın...

Tanrı olun...görünün gözümə!...

Bağışla məni...

...məni bağışla

Mənim...

...cismi sazaqlı

...ruhu yamaqlı uşaqlığım

Məni uşaqlığıma bağışla...


BİR GÜN...

Gün keçdikcə...
... sevdiklərinə daha çox sarılmaq istəyir insan
Bərk-bərk...bərk-bərk
Ayaqlarına düşüb yalvarmaq istəyir;
-"Ölmədiyinizə çox sağ olun”...
Tez-tez ayaqqabılarına baxar-görüm həminki yerindədilərmi?
Tez-tez paltarlarını qoxlayar-görüm əvvəlki ətrindədilərmi?
Bəzən ayaqlarından əvvəl ayaqqabıların ölər çünki
Bəzən ruhundan qabaq ətrin çatar Tanrıya...
Və ya..
...gün keçdikcə daha çox yorulmaq istəyir insan...
O qədər yorulmaq ki...
...yorulmaq əlindən bezib atsın özünü kimsəsiz körpülərdən...
O qədər yorulmaq ki...
...əllərin səndən xəbərsiz rədd olub getsin bu şəhərdən...
Bir də...hərdən
...gün keçdikcə daha çox vurulmaq istəyir insan...
cavabsız zənglərə...
zəhərli balınclara...
bağlı qapılara...
qutsal yollara...
Bəzən də...
...dünyanın ən unudulmuş dağına çıxıb qışqırmaq istəyir insan....
Tanrım,sən hara...bura hara...


ÜMİD DAYANACAĞI...

Bu alov ömrümün Himalayında
ağzına su alıb oturub ümid.
Qonur gözlərimdən qurum tökülür
başımın tacında qudurub ümid.

Həyat-bələkdəki o qoca kaftar
zır-zır zırıldayır səhərdən bəri.
Laylaynan kirimir,dizdə uyumur
nəfəsi zəhərli...gözləri diri.

Səhərə az qalıb...boz dan yerinə
titrək əllərimlə Günəş çəkirəm.
Ay allah,görəsən,bu boş aynada
Günəşmi şəkildi...mənmi şəkiləm?..

Yalvarsam dönərmi getdiyi kimi?
Görən hansı yoldan...hansı zamandan?
Mən indi diz çöküm hansı tərəfə?...
Yönüm də yönsüzdü unudulandan.

Qulağım sükutun yetimçəsidi
kölə oğlu kölə,çıxmır sözündən.
Çoxdan acizləşib,əfəlləşibdi
gözlərim...tanrının düşüb gözündən.

Nəyi görməsəm də,hələ də,bircə
səmanı...səmanı yaxşı görürəm.
Sən allah,bir mənim ağlıma bax daa
çəməni çiçəklə dəyişdirirəm.

Onu çox danladım...sonra anladım
qanmayanı,vallah,qandırmaq olmaz.
Nə qədər tufeyli,nankor olsa da
ümidin qəlbini sındırmaq olmaz.

Min ildi...min ildi elə burdayam
bura inkar yerim,bura haqq yerim.
Bir gün əllərinlə öpüb gözümü
deyəcəksən...silim yoxsa süpürüm?!..


GECƏ DUASI

Küçəsində it ulayan
Bir yetim,əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.

Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını da...

Olur ki,gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.

Gündüz eyni,gecə eyni...
Otaq eyni,yataq eyni...
Eyni...eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...

Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü tanrının toruna

Bəzən istəsəndə bilmərsən
O gülüş...
Ölümdü ya qalımdı.
Ona görə də gülmərsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.


Yalqızlığın rəsmi...

Günah çıxardan leysan səhəri...
Bir qadın...
əlini yaş divara söykəyib cırıq ayaqqabısının suyunu boşladır buludların qucağına...
sonra davam eləyir unutmağına...unudulmağına
Bir oğlan uşağı...
baxça yoldaşlarının yanında utandı...corabındakı-qəlbindəki yamağa görə
sonra bir-iki göz yaşı Tanrıya da pay verdi...vicdanını yumağa görə...
Bir qız uşağı...
qırılmış gəlinciklərindən yeni qadın modeli yaradır insanlıq üçün...
Gözyaşısız...
əlvidasız...
unudulmayan bir qadın...vicdanlıq üçün...
Arada arzularındakı Günəşə də çiləyir 
dodağındakı gülüşdən
saçlarındakı ətirdən...
Bir kişi...
Bir kişisə ailəsinə baxır...cəhləmiş divarın üstündəki şəkildən...



İmza:
SON XƏBƏRLƏR
2018-12-13
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK