adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Yanvar 2018 14:53
7256
HADİSƏ
A- A+

Həmkəndlisini güllələyərək öldürən şəxs tutuldu

Beyləqan rayonunda münaqişə zəminində həmkəndlisini ov tüfəngindən atəş açmaqla öldürən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in "102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub. Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb. Ə.Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M.Mustafayev Ə.Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng də götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.