adalet.az header logo
  • Bakı 7°C
12 Yanvar 2018 13:49
37247
ƏDƏBİYYAT
A- A+

Yazıçıların qəribə yazı vərdişləri

Adalet.az sizə yazıçıların qəribə yazı vərdişlərini təqdim edir.

Edgar Po

Əsər yazmamışdan öncə saatlarla oturub yemədən içmədən ağ kağıza tamaşa edirmiş.

Fransalı təmsil yazan Lafonten

Yazmamışdan öncə ilhamlandığını heçkəsdən gizlətmirmiş, küçədə ətrafdakı insanları nəzərə almadan yazdığı heyvanların səslərini çıxarır, cümlələri xüsusi intonasiya ilə küçədə yüksəkdən söyləyirmiş.

Bernard Şou

Bir şey yazmamışdan öncə rezin botinkalar və qara axıracan düymələnmiş plaş geyinər, başına isə şlyapa taxaraq gedib bazarın bir küncündə otururmuş. Bazarda insan çox olduğundan əsər yazmaq onun üçün dahada asan olurmuş.

Alexander Duma (ata)

Xüsusi dördkünc kağızlarda yazırmış əsərlərini. Əgər kağız bitərdisə, dərhal yazısını yarımçıq saxlayarmış.

Amper

Bir gün evdən çıxarkən ağaca təbaşir ilə yazmışdır: "Amper axşam olacaq evdə" O özü işdən biraz tez qayıtdığı üçün yazını oxuyub təzədən geri dönərək işə getmişdir. Çünki, son zamanlar o hətta özünün Amper olduğunu belə unudurmuş.

İtalyan filosofu Kardano

Elə zənn edirmiş ki, bütün dövlət rəhbərliyi onu təqib edir. Hətta yeməkdən belə imtina etmişdir. O, fikirləşirdi ki, onun yediyi yeməyin içinə zəhərli kimyəvi maddələr qataraq onu öldürmək istəyirlər.

Motsart

O, maniyadan əziyyət çəkirdi. O düşünür ki, bütün İtaliya əhalisi onu izləyir. Ona görə o evdən çölə çıxmırmış.

İbsen

Sərxoş olarkən hərşəyi cırıb-atırmış. Hətta özünün illər sərf etdiyi yazıları o bir günün içərisində məhv edirmiş. Ayılandan sonra isə ağlıyaraq yenidən yazmağa başlayırmış.

Şiller

Yalnız stolun üstündə çürümüş və qurdlu alma görərəkən ilhamlanaraq əsər yazırmış.

Zolya

Zolya roman yazarkən stula bağlayırmış.

Myusse

Öz şerlərini iki nəfərlik şamlar düzülmüş stolda romantik abu havada yazırmış. O iki nəfərlik masada təzahüründə olan xanımı fikirləşərək ona şerlər həsr edirmiş. Əslində isə həyatda belə bir şey yox idi.

Şarlotta Bronte

Roman yazarkən hər bir səhifədən bir gedib kartof təmizləyirmiş sonra yenidən əyləşib romana davam edirmiş.

Flober

Əsər yazarkən qəhrəmanların şəkillərini qarşısına qoyaraq onlarla danışıb, ağlayıb, gülürmüş. Daha sonra əsgər kimi addımlayaraq öz əsərlərinə ad fikirləşirmiş. Həm də yumurtalı, göylü, pendirli və meyvəli səhər yeməyi yeyir, üstündən bir fincan soyuq şokolad yağı içərdi.

Vladimir Nobokov

Nobokov romanlarının qaralamasını yazarkən həmişə "Eberhard Faber Blackwing 602" qələmindən istifadə edərmiş.

Ernest Heminquey

Heminquey yazı yazmağa başlayan zaman qələm, kağız və maşınka arasında seçim etməkdə çətinlik çəkən yazıçılardan olub. Yazıçı maşınkanı seçmə səbəbini bu cür izah edib: "Yazı yazmağa başlayanda sən həddindən artıq həvəsli olursan, ancaq bu istək oxucuya təsir etməyə də bilər. Yəni belə zamanlar üçün maşınkadan istifadə etmək daha faydalıdır, çünki istifadəsi daha asandır və daha əyləncəlidir. Maşınkayla yazmağı öyrənəndə ifadə etmək istədiyin hər duyğunu, detalı, fikri, məkanı oxucuya çatdıra bilərsən. Bunu edə bilmək üçün yazdıqlarının üstündən də keçməyin lazımdır. Əgər qələmlə yazırsansa oxucunun yönələ biləcəyi üç fərqli baxış bucağını hesaba ala bilərsən. Yazdıqlarına təzədən nəzər yetirərsən, maşınkada bunu etdiyində səhvlərini görmə şansın daha yüksəkdir, qələm-kağızla məşğul olduğun zaman isə bu şans azalır."

Heminqueyin Paris xatirələrini oxuyanda isə başqa fikirlərə rast gəlirik:

"Mavi üzlü dəftər, iki karandaş və bir də karandaş yonan (cib bışağı karandaşın tez bitməsinə səbəb olur), mərmər stollar, südlü qəhvə qoxusu, səhərlər yeni təmizlənmiş yerlərin qoxusu və şans - bütün ehtiyacım bunlardır."

Cek Keruak

Cek Keruak qeydlərini bloknota və ya qeyd dəftərlərinə yazırmış. Bu dəftərləri ədəbiyyatla bağlı müxtəlif qeydlər yazmaq üçün istifadə edən yazıçı gəncliyindən bunlara özünün uydurduğu və oynadığı xəyali idman müsabiqələrinin nəticələrini də qeyd edirmiş.

Nil Qeyman

Nil Qeyman yazılarını avtomat qələmlə yazır. Qeyman 2012-ci ildə verdiyi bir müsahibəsində bunları deyib: "Avtomat qələmdən istifadə etməyə 1994-cü ildə "Ulduz tozu"nu yazarkən başlamışam. 1920-ci illərdə hansı üsulla yazırdılarsa o cür yazmaq istədim. Böyük bir dəftər ilə "Waterman" markalı bir qələm aldım.

13 yaşımdan bəri ilk dəfə avtomat qələm istifadə edəcəkdim. Yavaş-yavaş yazmaq xoşuma gəldi. Beləcə cümlələr üstündə daha çox düşünə bilirdim. Əl yazısı ilə yazanda, ikinci dəfə təkrar yazmağa məcbur olursan. Bu xoşuma gəldi. Ora-burasını silib düzəltmək olmur. Qələmi mürəkkəblə doldurmaq da xoşuma gəlmişdi".

Yazıçı 60-a yaxın avtomat qələminin olduğunu, yazarkən və imza günlərində də kitablarını bu qələmlə imzaladığını deyir: "Mürəkkəbin rənglərini dəyişməyi sevirəm, bu mənə həm də hər gün nə qədər səhifə yazdığımı da bilməyə imkan verir".

Qeymanın "TWSBI 540", "Visconti", "Pilot Custom 823 Amber", "Delta Fluida" və "Lepine Indigo Classic" kimi avtomat qələmləri var.

Simon de Buvuar

Simon de Buvuar da avtomat qələmlə yazırmış. İşlətdiyi markalar isə bunlardır: "Sheaffer Snorkel Triumph", "Sheaffer's Snorkel" və "Esterbrook".

Mark Tven

Tvenin özünün düzəltdiyi dəri üzlü dəftərləri çox sevirmiş. Qələm isə "Conklin Csescent Filler"dən imiş. Bu qələmi stolun üstünə qoyanda dığırlanıb düşmürmüş. Tven revmatizm xəstəsi olduğuna görə yazı yazmağa çətinlik çəkirmiş. Ona görə adətən kiməsə hekayələrini diqtə edirmiş.

Con Steynbek

Steynbek qələm həvəskarı imiş. Yazı yazmağa başlayanda yanına düz 24 qələm qoyurmuş. Yazıçı məşhur "Blackwing" qələmlərini çox sevirmiş. "Mongol 480" qələmlərindən də xoşu gəlirmiş. Steynbekin "Cənnətin doğuşu"nu yazarkən 300, "Qəzəb salxımları"ni yazarkən isə 60 qələm işlətdiyini deyirlər.

Ceyn Ostin

Ostin romanlarını lələk və mürəkkəblə yazırmış. Onun mürəkkəbinin tərkibi isə bu cürdür: "8 yemək qaşığı qallium turşusu, 4 qaşıq dəmir sulfat, 3 qaşıq qatran, və yarım litr boyat pivə. Bunlar qarışdırılır. İçinə də bir az şəkər qatılır. 14 gün müddətində bacanın yanında saxlamaq və hər gün iki dəfə möhkəmcə qarışdırmaq lazımdı".

Truman Kapot

Kapot belə yazır: "Başlanğıcda maşınka istifadə etmirəm. Əvvəlcə qələm-kağız işlədirəm, bir dəfə də qələmlə düzəlişlərimi edirəm. Üçüncü mərhələdə isə sarı vərəqdən istifadə edərək maşınkada yazıram. Bunu edəndə heç yatağımdan çıxmıram. Maşınkanı dizlərimin üstünə qoyur və dəqiqədə 100 söz yaza bilirəm".

Coan Roulinq

İndi artıq multimilyoner olsa da "Harri Porter"in birinci hissəsini Roulinq dəftər-qələmlə yazıb. Yəqin artıq kompüterdən istifadə edər.

Artur Konan Doyl

"Şerlok Holms"un yaradıcısı Doyl bir çox kitabını "Parker Duofold" qələmilə yazıb.

Aqata Kristi

Sirlərlə dolu romanların yaradıcısı Kristi "Remington Home Portable Number 2" maşınkası ilə işləməyi sevirmiş.

Silviya Plat

Ted Hyuzun "Ad günü məktubları"nda yazdığına görə Plat "Shaeffer" markalı qələmlə yazmağı sevirmiş.

Aleksandr Puşkin

Lüt bədəninə xələt geyinib masa arxasında oturub yazırdı.

Uolt Uitman

İstiridyə və ət yeməsə yaza bilmirdi.

Marsel Prust

Zehnini bir fincan qəhvə ilə açardı.

Corc Bayron

Kökəlməmək üçün içdiyi suya sirkə qatırdı.

Frans Kafkanın

Süd asılılığı vardı. Südsüz o nəinki yaza, heç yaşaya bilmirdi.

Mayakovski

Küçəylə gedə-gedə addım səslərindən yazacağı şeirin ritmlərini tuturdu.

Murakami

Roman işlərkən səhər saat 4-də yuxudan qalxır və dayanmadan 5-6 saat yazır.

Stevan King

Əvvəl bir vitamin içir, sonra musiqiyə səs verib konsentrasiya olurdu.

Əziz Nesin

Yazanda otağın qapı-pəncərəsini bərk-bərk bağlayır, masanın üstünə isə skelet qafası qoyurdu.

Səməd Vurğun

Kostyum geyinib, qalstuk taxıb, rəsmi geyimdə işləyirdi.

Süleyman Rəhimov

Kasayla dovğa içə-içə yazırdı.

Vaqif Cəbrayılzadə

Tamamlaya bilmədiyi şeirlərin havasına girmək üçün biri-birinin əksinə gedən iki qatarın arasında dayanırdı. kulis.az