Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Bakıda quldurluq edən şəxslər tutulub Adalet.az | Bakıda quldurluq edən şəxslər tutulub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda quldurluq edən şəxslər tutulub

13322    |   2018-01-12 14:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda polis quldurluq hadisəsi törədən şəxsləri saxlayıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal "isti” izlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Polis əməkdaşlarının operativliyi nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Mirzalı Nuriyev və Lökbatan qəsəbə sakini əvvəllər məhkum olunmuş Elçin Əsədli müəyyən edilərək saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əlavə tədbirlərlə eyni tarixdə vətəndaş Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayətləri etiraf edərək hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq gördüklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK