adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Yanvar 2018 14:23
14258
MƏMLƏKƏT
A- A+

Bu küçələrdə hərəkət məhdudlaşdırılır

Bakının Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, məhdudlaşdırılma aparılacaq təmir işləri ilə əlaqədardır.

Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.