ANA SƏHİFƏ / MƏMLƏKƏT

Nərə balığının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

5917    |   2018-01-12 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Adalet.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə "Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı "Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1ədəd üzərində "Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK