ANA SƏHİFƏ / SİYASƏT

Siyavuş Novruzov: “İndiki Müsavat saxtadır”

8381    |   2018-01-12 10:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

 
"Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırıb. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır””.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.

S.Novruzov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektiv və subyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "mən”ini sovet imperiyası dövründə də yaşada bildi: "Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş sovetlər birliyi dövründə də məhdudlaşdırıla bilmədi.

Ümumilikdə Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olub. Ulu öndər hələ Naxçıvan Ali Məclisinin sədri olarkən, 1990-cı ildə burada Xalq Cümhuriyyəinin üçrəngli bayrağını ucaldaraq 70 ildən sonra ilk dəfə muxtar respublikanın rəsmi atributu elan edib, dövlətçiliyimizin bu ən mühüm atributunu yenidən dirçəldib. Təsadüfi deyil ki, məhz onun 2003-cü ildə imzaladığı sərəncam əsasında sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılıb”.

S.Novruzov daha sonra qeyd edib: "Bir daha və dönə-dönə mühüm bir tarixi fakt vurğulanmalıdır ki, əgər ulu öndərin ikinci dəfə hakimiyyətə möhtəşəm qayıdışı olmasaydı, naşı və səriştəsiz iqtidarlar sayəsində Azərbaycan Respublikasının da taleyi Xalq Cümhuriyyətinin 1920-ci ildəki aqibətini təkrar edəcəkdi. Bu məqamda bir haşiyə çıxmaq yerinə düşər. Belə ki, hazırda bəzi siyasi dairələrin öz yaratdıqları quruma "Müsavat” Partiyası adı verməsi qətiyyən tarixi varislik ənənəsi yaratmır və kökündən yanlış mülahizələrə əsaslanır. Əvvəla qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərində yaradılmış "Müsavat” xalqımızın çoxəsrlik azadlıq ideyasından güc alaraq milli vətənpərvər ziyalıların və bütün ictimai təbəqələrin ümumi arzu və istəklərini ifadə edən milli bir hərəkat idi. İndiki "Müsavat” isə tarixi sistemyaradıcı partiyadan tam fərqli və cılız sosial bazaya malik, korporativ maraqlara söykənən avantürist şəxslərin özfəaliyyət dərnəyi səviyyəsindən uzağa gedə bilmir və aydın məsələdir ki, tarixi Müsavat mirası ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Habelə bir çox tarixçinin və araşdırmaçının qənaətinə görə ideolojik olaraq da tarixi müsavatçılıq daha çox sol-mərkəzçi siyasi xətt yürütsə də, indiki saxta müsavatçılar sağ-mərkəzçi və hətta radikal sağ mövqedən çıxış edirlər. Həqiqətən də 1918-ci ildə dövlət quran "Müsavat”la, 1992-93-cü illərəd hakimiyyətdə olub dövləti dağıdan, onu tam iflas həddinə çatdıranlar arasında nə hüquqi, nə siyasi, nə də mənəvi bağ qurmaq nəinki mümkündür, hətta büsbütün absurddur”.(azvision.az)


İmza:

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb

“Xalq Cümhuriyyəti ölkəmiz üçün çox vacib olan addımlar atdı”

Ölkə başçısı Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi - YENİLƏNİB

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

"Rusiyanın İL-20 təyyarəsinin vurulmasının günahı tamamilə İsrailiin üzərindədi"

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü

Zakir Həsənov bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi

Novruz Məmmədov nazirləri iclasa topladı - FOTO

Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib

Milli Məclisdə komitə iclası keçirilib

SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK