adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Yanvar 2018 10:02
16847
KRİMİNAL
A- A+

Ötən gün 122 cinayət qeydə alınıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.