adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
11 Yanvar 2018 18:03
12331
MƏMLƏKƏT
A- A+

Şamaxı və İsmayıllıda yollar buz bağlayıb: hərəkət çətinləşib

Yanvarın 10-da günorta saatlarından Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb.

APA-nın xəbərinə görə, Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib. Buna baxmayaraq, axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.