adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Yanvar 2018 15:59
59577
AVTOMABİL
A- A+

Maşın dəllalarının qiymət artımı barədə yalançı HAY-KÜYÜ

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75 faiz, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4 faiz artırılıb.


Bundan çıxış edən bəzi avtomobil dəllaları son günlər maşınların bahalaşdığını hər yana car çəkirlər.

Bəs görəsən gömrük rüsumunun artırılması avtomobil bazarına necə təsir edib? Məsələ ilə bağlıModern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, hazırda avtomobil bazarında vəziyyət o qədər də normal deyil.

"O mənada ki, hələlik bazarda ciddi bir aktivlik qeydə alınmır. Amma ilin əvvəlindən avtomobillərə tətbiq olunan aksiz vergisinin dəyəri artırılıb. Aksiz vergisinin artırılması idxal olunan avtomobillərin qiymətlərinə təsir edəcək, bu da yerli bazardakı avtomobillərin qiymətinin artmasına səbəb olacaq. Amma hazırda avtomobillərin qiyməti ilə bağlı göstəriciləri konkret demək çətindir, çünki hələ qiymət artımı müşahidə edilməyib. Ayın sonlarına doğru bazardakı vəziyyət barədə tam danışmaq olacaq.
Ümumilikdə gözlənilən odur ki, bazarda qiymət dəyişməsi baş verəcək, bu qaçılmazdır. Aksiz vergisinin artırılması mühərrik həcmi 2000 kubmetrdən artıq olan avtonəqliyyat vasitələrində özünü daha çox göstərəcək”.

R.Osmanlı bildirib ki, avtomobil ticarəti ilə məşğul olan bəzi sahibkarlar öz məhsulunu satmaq üçün müxtəlif spekulyativ addımlar atırlar.

"Avtomobil almaq istəyənlər diqqətli olmalıdırlar. Alacaqları avtomobilin qiymətini müqayisə etmələri tövsiyə olunur”.