adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Yanvar 2018 14:44
10925
GÜNDƏM
A- A+

ƏHMƏD ELBRUSUN XARİCDƏ NƏ QƏDƏR QOHUMLARI VARDI?!

Bir yəhudidən soruşurlar, sənin xaricdə qohumların var, özü də İsraildə yaşayırlar? Deyir, düzdü, var, amma onlar xaricdə yaşamırlar, Vətəndə yaşayırlar. Amma mən qalmışam xaricdə, Ukrayna ilə Rusiyanın sərhədində, ortalıqda. Xeyli güldüm.

Şair Əhməd Elbrus partiyaya keçəndə soruşurlar ki, xaricdə qohumların var? Deyir ki, bəli. Hansı ölkədə?

- Çilidə, Argentinada, Kolumbiyada, Kubada, Əlcəzairdə, İtaliyada, Polşada, Vyetnamda, Koreyada.

Katib deyir:

- Dayan, dayan, səni partiyaya keçirə bilmərik, bir belə qohumun hardan gedib çıxıb o ölkələrə. Kimdi onlar?

Əhməd Elbrus:

- Həmin ölkədə yaşayan kommunistlərin hamısı mənim qohumlarım deyilmi?