ANA SƏHİFƏ / DÜNYA

İran-İraq sərhədində güclü zəlzələ baş verib

11546    |   2018-01-11 14:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İran-İraq sərhədində 15 dəqiqə ərzində iki zəlzələ baş verib.

Adalet.az xəbər verir ki, Avropa Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla 10:00-da qeydə alındığını bildirib. Birinci zəlzələnin 5.5, ikincinin isə 5.2 bal gücündə olduğu deyilir. Zəlzələnin episentrinin İranın Mandali qəsəbəsinin yaxınlığında olduğu vurğulanıb.

Zəlzələnin Bağdad, Ərbil, Süleymaniyyə, Diyala, Babil və Vasıt şəhərlərində hiss edildiyi, insanların evlərini tərk etdikləri bildirilib.

Tehran Universitetinin Seysmologiya Mərkəzi də İranın Kirmanşah vilayətinin Sumar kəndində 5.6 bal gücündə zəlzələ baş verdiyini bildirib.

Tələfat və dağıntılarla bağlı məlumat verilmir.

Qeyd edək ki, dünən də yerli vaxtla 19:26-da İranın Kirmanşah vilayətində 4,7 bal gücündə zəlzələ olmuşdu.




İmza:
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK