adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Yanvar 2018 14:38
12611
İDMAN
A- A+

Zidanın taleyinə aydınlıq gəldi

"Real”ın baş məşqçi Zinəddin Zidanla bağlı qərarı açıqlanıb. 

"Kral klubu” uğursuz mövsüm keçirməsinə baxmayaraq, fransalı mütəxəssis daha 2 il postunda qalacaq.

Belə ki, Zidanın madridlilərlə 2020-ci ilə qədər yeni müqavilə imzaladığı məlum olub. Buna baxmayaraq, 46 yaşlı mütəxəssis arxayınlaşmayacağını bildirib: "Anlaşma müddətim 2020-ci ilə qədər olsa da, mən məsələyə oyun-oyun prinsipi ilə yanaşıram. İki və ya üç il sonranı görə bilmərəm. Hətta imzalanan yeni müqavilə də heç nə demək deyil”.

Qeyd edək ki, 2016-cı ildən "Real”a rəhbərlik edən Zinəddin Zidan 2 dəfə Çempionlar Liqasının, 2 dəfə Avropa Superkubokunun, 2 dəfə Qitələrarası Dünya Çempionatının, 1 dəfə La Liqanın, 1 dəfə isə İspaniya Superkubokunun qalibi olub.