ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Milli Qəhrəmanlara həsr olunan filmlər nümayiş etdiriləcək

11779    |   2018-01-11 14:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunan sənədli filmlər nümayiş olunacaq.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, filmlərin nümayişi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.

Milli Qəhrəmanlar Elman Hüseynov, Salatın Əsgərova, Oqtay Güləliyev, Pəhləvan Fərzəliyev, Nadir Əliyev, Yusif Əliyev, Eldar Məcidov, Fəxrəddin Musayev, Etibar İsmayılov, Allahverdi Bağırov, Ənvər Fərəcov, Mübariz İbrahimov, Muxtar Qasımov, Əliyar Əliyev, Elman Hüseynov, Ramiz Qəmbərov, Cavanşir Rəhimov, Yavər Əliyev və Aqil Quliyevə həsr olunan "Vətən əsgəri”, "23 dəqiqə”, "Laçın qatarı”, "Şərəfli ömrün manifesti”, "Azadlığa gedən yol”, "Vətən sevgisi”, "Vətənə bağışlanan ömür”, "Ürəklərdə yaşayan qəhrəman”, "Qartaltək Vətənin keşiyində”, "Vətənə etibarlı oğul”, "Qartal qamətli qəhrəman”, "Vətənə dönənim”, "Mübarizlik zirvəsi” "Pəhləvan komandir”, "İlk komandir”, "Şuşalı şəhid”, "Cavanşir”, "Sonuncu uçuş” və "Vətən sağ olsun” filmləridir.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.



İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK