Bu kitabxanadakı kitablar insanlardır
Elə bir kitabxana düşünün ki, orda insanlar canlı kitablara çevrilirlər. Bizim kimi ölkələrdə kitabxanaları nadir görənlər üçün bu fikir sərhədləri çətinləşdirsə də "İnsan Kitabxanaları” 70 ölkədə var və sayıları hər keçən gün artır.
İnsan Kitabxanaları necə çalışır?
Əslində sistemin kitabxanadan bir fərqi yoxdur. Necə bir kitabı seçir, müvəqqəti götürür və oxuyursuz, bu kitabxanada da bir insan kitabı seçir, müvəqqəti götürür və hekayəsini şəxsən özündən dinləyirsiniz. İnsan kitablarını yarım saatlığına oxuya bilərsiniz, amma daha çox oxumaq istəsəniz vaxtı uzada bilərsiniz. Bildiyiniz kitabxanalardan fərqi isə, insan kitabları evinizə apara bilməzsiniz.
İnsanlar canlı kitablara necə çevrilirlər?
İnsan kitablar könüllü olaraq xidmət göstərirlər. Hər birinin fərqli həyatları, fərqli hekayələri var. İçlərində evsiz, cinsəl təcavüzə uğrayanı, seks işçisi, cinsiyyət dəyişdirəni, qaçqını da var. Bu insan kitablar, cəmiyyət tərəfindən təcrid olunan, önyarğılarla və neqativ düşüncələrlə mübarizə edən insanlardır.
İnsan Kitabxanasının məqsədi nədir?
Beləcə öz həyatımızdan çox fərqli həyatlar yaşayan insanlar ilə empatiya qurmaq imkanı əldə edirsiniz. Söhbət etdiyiniz kitab kim olursa olsun, siz onun daxili aləmi ilə tanış olacaqsınız. Söhbətin sonunda dərk edəcəksiniz ki, hər ikiniz fərqlisiniz. Həyatı fərqli görür, fərqli şeylərdən qorxur və fərqli şeyləri sevirsiniz. Fərqlisiniz amma, bir o qədər də eyni. Yaşadığınız həyat və problemlər nə qədər fərqli olsa da, eyni masa arxasında oturub deyib-gülə bilirsiniz.
Mükəmməl fikir, Danimarkada gərginlikərin yol açdığı gənclik şiddətini azaltmaq məqsədilə yaradılmışdır. Kitabxananın qurucusu Ronni Abergel 2000-ci ildən bu yana inanılmaz irəlləyiş əldə olduğunu deyir. Hər gün ziyarətçilərin sayı artır və kitabxananın dünyanın müxtəlif ölkələrində filialları açılır.
mənbə: egitimsistem.com