ANA SƏHİFƏ / MARAQLI

Bu kitabxanadakı kitablar insanlardır

16339    |   2018-01-11 13:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə bir kitabxana düşünün ki, orda insanlar canlı kitablara çevrilirlər. Bizim kimi ölkələrdə kitabxanaları nadir görənlər üçün bu fikir sərhədləri çətinləşdirsə də "İnsan Kitabxanaları” 70 ölkədə var və sayıları hər keçən gün artır.


İnsan Kitabxanaları necə çalışır?

Əslində sistemin kitabxanadan bir fərqi yoxdur. Necə bir kitabı seçir, müvəqqəti götürür və oxuyursuz, bu kitabxanada da bir insan kitabı seçir, müvəqqəti götürür və hekayəsini şəxsən özündən dinləyirsiniz. İnsan kitablarını yarım saatlığına oxuya bilərsiniz, amma daha çox oxumaq istəsəniz vaxtı uzada bilərsiniz. Bildiyiniz kitabxanalardan fərqi isə, insan kitabları evinizə apara bilməzsiniz.


İnsanlar canlı kitablara necə çevrilirlər?

İnsan kitablar könüllü olaraq xidmət göstərirlər. Hər birinin fərqli həyatları, fərqli hekayələri var. İçlərində evsiz, cinsəl təcavüzə uğrayanı, seks işçisi, cinsiyyət dəyişdirəni, qaçqını da var. Bu insan kitablar, cəmiyyət tərəfindən təcrid olunan, önyarğılarla və neqativ düşüncələrlə mübarizə edən  insanlardır.


İnsan Kitabxanasının məqsədi nədir?

Əvvəlcə, məqsəd empatiya qurmaq, bu insanlara qarşı olan önyarğıları aradan qaldırmaq. Bu kitabxanada insanlar hekayələri birinci şəxsdən dinləyərək, bir-birlərini tanıyırlar və cəmiyyətin özlərinə təzyiq göstərdikləri önyarğılardan xilas olaraq sevgi bağlılıqlarını gücləndirirlər. Təbbi bir də hadisənin o biri tərəfi var, düşünün ki, kitablar ümumiyyətlə birə-bir yaşayandan çox üçüncü bir göz tərəfindən roman, hekayə, araşdırma olaraq bizlərə təqdim edilir. İnsan Kitabxanasında isə bilgiyə birbaş insandan ulaşa bilirsiniz. Məsələn, evsiz bir insanı götürək, hekayəsini bir də özündən eşidirik, səmimi etiraflarına şahid oluruq. Hər şey kimi kitabxanalar da dəyişir. Oxucularına, komputer, səsli kitab və e-oxuyucu üzərindən ulaşan yeni kitabxana anlayışına bir yenisi daha əlavə edildi. Bilgi ötürmənin ən yaxşı yolunun üz-üzə gərçəkləşən münasibətilə baş tuta biləcəyini düşünən bir qrup, insan kitabxanası fikrini inkişaf etdirdi. 

Bu kitabxanadan kitab yerinə insan götürə bilirsiniz. Fikir son dərəcə bəsit. Maraqlı həyat yaşayan insanları müvəqqəti apara bilir və o vaxt ərzində ona soruşmaq istədiyiniz hər sualı verə bilərsiniz. Yarım saat ərzində, bir politoloq, bir şizoferniya xəstəsi, bir din adamı, bir homoseksula və başqaları ilə bir masada qarşılıqlı, eynən roman oxuyurmuş kimi hekayəsini dinləyir və üstəlik heç bir cəmiyyət təzyiqi hiss etmədən, cahil, önyarğılı ya da axmaq görünməkdən qorxmadan suallar verə bilirsiniz.

Beləcə öz həyatımızdan çox fərqli həyatlar yaşayan insanlar ilə empatiya qurmaq imkanı əldə edirsiniz. Söhbət etdiyiniz kitab kim olursa olsun, siz onun daxili aləmi ilə tanış olacaqsınız. Söhbətin sonunda dərk edəcəksiniz ki, hər ikiniz fərqlisiniz. Həyatı fərqli görür, fərqli şeylərdən qorxur və fərqli şeyləri sevirsiniz. Fərqlisiniz amma, bir o qədər də eyni. Yaşadığınız həyat və problemlər nə qədər fərqli olsa da, eyni masa arxasında oturub deyib-gülə bilirsiniz.

Mükəmməl fikir, Danimarkada gərginlikərin yol açdığı gənclik şiddətini azaltmaq məqsədilə yaradılmışdır. Kitabxananın qurucusu Ronni Abergel 2000-ci ildən bu yana inanılmaz irəlləyiş əldə olduğunu deyir. Hər gün ziyarətçilərin sayı artır və kitabxananın dünyanın müxtəlif ölkələrində filialları açılır.

mənbə: egitimsistem.com



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK