adalet.az header logo
  • Bakı 13°C
11 Yanvar 2018 11:29
17454
DÜNYA
A- A+

ABŞ-da səsdən sürətli təyyarə istehsal edildi

ABŞ-ın "Lockhead Martin” şirkətinin sədr köməkçisi Cek Obannion səsdən də sürətli hərəkət edə bilən pilotsuz təyyarə istehsal etdiklərini açıqlayıb.

Adalet.az xəbər verir ki, Florida ştatında təşkil edilən "AIAA SciTech 2018” konfransında çıxış edən C.Obannion "SR-72” adı verilən təyyarənin işlərinin tamamlandığını bildirib.

O, konfrans iştirakçılarına təyyarənin hazırlanma prosesini əks etdirən videoçarx da izlədib və rəqəmsal inkişaf sayəsində belə bir hava maşınının ərsəyə gəldiyini deyib.