adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 Yanvar 2018 11:19
13574
İDMAN
A- A+

Dino Ndlovunun keçidi rəsmiləşdi

"Qarabağ”dan ayrılaraq Çinin I dəstə təmsilçisi "Xançjou Qrintaun”la anlaşan Dino Ndlovunun keçidi rəsmiləşib. 

Adalet.az-ın xarici mətbuata istinadən məlumatına görə, CAR-lı forvardın transferinin detalları da açıqlanıb.

27 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin "Qarabağ”a 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ”a 2016-cı ilin yayında "Anortosios”dən keçmişdi.