adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Yanvar 2018 10:09
46897
HÜQUQ
A- A+

Əvvəl döydülər, sonra soydular

Gədəbəydə döyülmə faktı qeydə alınıb. Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü İbrahimova Rahilə Tapdıq qızı yaşadığı evdə naməlum şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R. İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb, evdə olan təxminən 40 min manat dəyərində olan qızıl zinət-əşyalarını aparıblar.

Faktla bağlı araşdırma aparılır.