ANA SƏHİFƏ / MƏMLƏKƏT

Prezidentdən məcburi köçkünlərə şad xəbər

8797    |   2018-01-10 17:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. Hər bir ölkə belə bir nəticələrlə fəxr edə bilər”.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: "Qeyri-neft sənayesində 3,6 faiz kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq deyən dövlət başçısı onu da vurğulayıb ki, sosial infrastruktur lahiyələrinin icrası davam etiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq: "Regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək. Sənaye məhəllələrinin yaradılması prosesi davam etdiriləcək, kənd təsərrüfatının inkişafı üçün addımlar atılacaq və yeni xalça fabriklərinin açılışı nəzərdə tutulub. Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluq ilə bağlı müsbət nəticələr əldə olub və bu sahələrə diqqət davam etdiriləcək”.

Dövlət başçısı deyib ki, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: "Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib. Məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb. 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır”




İmza:

“Sahil” metrosunu suyun altında qalmaqdan xilas etmişik - “Azərsu”

Dənizkənarı bulvarda naməlum meyit aşkarlanıb

BŞİH: Ötən gün yağan yağış fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır

Səyyar ASAN xidmət bu gün daha 10 ərazidə fəaliyyət göstərəcək

İcazəsiz ov edən şəxs saxlanılıb

Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Naxçıvan alternativ enerji mənbələrinin inkişafında Avropa üçün nümunə ola bilər

Birinci sinif şagirdləri Dövlət Komitəsində ekskursiyada olublar

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Mingəçevirdə seminar təşkil edib

Bakıda gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

SON XƏBƏRLƏR
2018-09-24
2018-09-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK