adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Yanvar 2018 17:51
13360
SİYASƏT
A- A+

“Azərbaycan bu il yeni silahlar alacaq” - İlham Əliyev

"Dünya Birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

Adalet.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu,Avropaİttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyyanəməsində də əksini tapıb.Prezidentİ.Əliyev qeyd edib ki, DağlıqQarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir.

Ermənistan-Azərbaycan, DağlıqQarabağmünaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır.

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.