ANA SƏHİFƏ / SİYASƏT

İqtisadi-siyasi əhəmiyyətli layihə

Azər Həsrətin statusu ciddi etiraz doğurdu

10798    |   2018-01-10 17:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tanınmış ekspert Azər Həsrət Facebook sosial şəbəkəsində Naxçıvan-Məşhəd (İran) sürət qatarı ilə bağlı status yazıb. Suallarla dolu statusda ekspert təkliflə çıxış edib: "Anlamıram, nə zərurət var buna? Məşhəd haradır ki, elə ora ayrıca qatar işləsin? Niyə, misal üçün Bakı-Dərbənd, Bakı-Təbriz, Bakı-Ankara, lap elə Bakı-Astana, Bakı-Kazan deyil də, Naxçıvan-Məşhəd marşrutu belə matah olur? Bəlkə bu dəmiryol işlərimizin müdiri elə birbaşa Bakı-Qum (İran) marşrutuna sürət qatarı buraxıb məsələni kökündən həll eləsin, hə? Vallah, bir yanda Bakıdan Qarsa zülmlə bir xətt çəkirik, o yandan da biri durub milləti cəhalət marşrutu üzrə səyahətə həvəsləndirir. Bakı-Qarsı uzatmaq lazımdır”

Sözügedən statusda maraqlı şərhlər var. Facebook istifadəçilərindən biri Azər Həsrətə maraqlı sualla müraciət edib: "Məşədə Azərbaycandan siz bilirsiniz ayda nə qədər maşın keçir? Onu bilsəniz onda bilərsiniz niyə Məşəd deyilir”. Həmçinin qeyd olunub ki, Məşəd şəhərində İmam Rzanın ziyarətgahı var: "Məşədə dünyada olan müsəlmanlar axışır. İztiham olur”.




Məsləyə münasibət bildirən politoloq Nəzakət Məmmədova qeyd edib ki, bu qatarın fəaliyyətə başlaması iki ölkə arasında olan iqtisadi və siyasi münasibətləri daha da inkişaf etdirəcək. Onun sözlərinə görə, bu layihənin dini yox iqtisadi-siyasi mahiyəti olduqca böyükdür.






İqtisadçı ekspert Qadir İbrahimli deyib ki, məsələyə dini konteksdən yanaşmaq absurtdur. Onun sözlərinə görə, Naxçıvan-Məşhəd (İran) sürət qatarı olduqca ciddi layihədir. Ekspert onu da bildirib ki, bu həm Azərbaycan həm İran üçün iqtisadi cəhətdən səmərəlidir: "Belə bir layihəin reallaşdırılması İranla ticarət əlaqələrinin daha da inkişaf etməsinə gətirib çıxaracaq. Eyni zamanda bildiyiniz kimi hazırda avtomobil və digər nəqliyyat vasitələri ilə daşınan yüklər olduqca baha başa gəlir. Ancaq dəmir yolu ilə yüklərin daşınması ucuzdur. Bu baxımdan sözügedən dəmir yolu ilə həm yüklərin həm sərnişinlərin daşınması iqtisadi səmərə gətirəcək”.




Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə qeyd edib ki, Azərbaycanla İran arasında dəmiryol xəttinin olması siyasi və iqtisadi baxımdan önəmlidir: "Hər iki dövlətin iqtisadi maraqlarına cavab verir. Yalnız İranın Məşhəd şəhəri deyil, digər böyük şəhərlərlə də, məsələn, Bakı-Təbriz dəmir yolu xəttinin olması və s. əlaqələrin qurulması lazımdır. Deyilənə görə, yanvarın 11-dən Naxçıvan-Məşhəd (İran) sürət qatarı işə düşəcək. Ehtimal etmək olar ki, Məşəd şəhəri daha çox ziyarət olduğu üçün məhz bu marşurut seçilib. Buna haradasa dini çalarda vermək olar. Ancaq qeyd etdiyim kimi, İranın digər böyük şəhərləri ilə də, xüsusən də Cənubi Azərbaycanın böyük şəhərlərinə də dəmiryollu xətti qurulmalıdır. Bilirsiniz ki, 2017-ci ildə çox əhəmiyyətli Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı oldu. Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və istifadəyə verilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biridir. Bakı-Tiflis-Qars layihəsi Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və təbii ki, Gürcüstanın da iştirakı nəticəsində reallığa çevrildi. Bu hadisənin ən böyük tarixi anlamı iki qardaş dövləti – Azərbaycan və Türkiyəni birləşdirməsindədir. Bakı-Tiflis- Qars dəmir yol xətti Azərbaycan dövlətinin tarixi uğuru və gələcək nəsillərə töhfəsidir. Dəmiryollu xətinin inkişafı önəmli bir sahədir”.



AĞ Partiyasının sədri Tural Abbaslı qeyd edib ki, müasir aləmdə nəqliyyat xəttlərinə ancaq bir dar çərçivədən baxmaq doğru deyil: "Əgər bu sürət qatarında ancaq dini ziyarətə gedənlər hərəkət edə bilər deyə bir qayda qoyulmayıbsa o zaman bu fikir bir az mübaliğədir. Dövlətlərarası komunikasiya xəttlərinin artması və yaxşılaşdırılması tək sosial-mədəni deyil, həm də ilk növbədə iqtisadi və ticari əlaqələri inkişaf etdirir. Həm də nəzərə alsaq ki, Azərbaycanın coğrafi mövqeyi onu tranzit ölkə kimi çox strateji mövqelərə daşıyır o zaman istənilən nəqliyyat xəttlərinin artması ancaq bizim maraqlara xidmət etdiyini görərik. Yəni düşünürəm ki, belə ıayihələrə daha geniş çərçivədən baxmağı bacarmaq lazımdır”.



İqtisadçı ekspert Fikrət Yusifov vurğulayıb ki, Naxçıvan Məşhəd dəmryolu ilə sərnişin daşınmasını təkcə dini amillə əlaqələndirmək olmaz: "Məşhədə getmək istəyində olan adamlar onsuz da başqa nəqliyyat vasitələri ilə bu ziyarəti həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, Naxçıvandan İranın şərqində, Əfqanstanla sərhəddə yaxında yerləşən Məşhəd şəhərinə qədər uzanan bu dəmir yolu xətti İranın onlarla şəhərlərindən və digər yaşayış məntəqələrindən keçib gedəcək. Ona görə də bu marşurutla kimlərinsə İrana getməsi o demək deyil ki, o adamlar mütləq Məşhəd şəhərinə ziyarətə gedəcəklər”.



Adalet.az Azər Həsrətin özü ilə əlaqə saxlayıb məsələyə dair fikirlərini öyrənib. Ekspert fikirlərini belə ifadə edib: "Demək istədiyim odur ki, bu qədər uzaq məsafəyə marşrut açmağın çox ciddi bir əsası olmalıdır. İqtisadi, ticari, yaxud da ki, insanların qohumluq əlaqələri və s. kimi. Məşhəd məsələsində bunların heç bir yoxdur və ya effektiv deyil. Təbrizə yol açılsaydı bunu anlardıq. Çünki Azərbaycan torpağıdır, öz millətimizdir, üstəlik də ticarət üçün yaxın və əlverişlidir. Məni narahat edən odur ki, Naxçıvan-Məşhəd marşrutu sadəcə bir dini marşrut kimi populyarlaşacaq. Mən, əlbəttə, dindarların bu ziyarətlərinə qarşı deyiləm. Hər kəs öz seçimində azaddır. Amma bir şey var ki, o marşrut bizim gənclərimizi daim Azərbaycana qarşı təxribatlarda adı hallanan Quma yaxınlaşdıracaq. Yəni Qum üçün cəlbetmə baxımından Məşhəd marşrutu əleyhimizə işləyəcək. Ona görə də bunu dövlətimizə ziyanlı sayıram”.


Ədil Ədilzadə




İmza:

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

Milli Məclisin xüsusi iclası başa çatdı

İlham Əliyev Binəli Yıldırımla görüşdü - YENİLƏNİB

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Oqtay Əsədov: “Biz bir məqsədə qulluq edirik”

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa...”

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü olub

Azərbaycan Prezidenti NATO baş katibinin müavinini qəbul edib - YENİLƏNİB

Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi

Rəsmi Bakıdan Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK