Nicat Novruzoğlu: MƏSLƏHƏTDİ...

NİCAT NOVRUZOĞLU
44479 | 2018-01-10 17:20

Bu məsləhətyaxşı şeydi. Bir-birimizə ötürdüyümüz bəlkə də ən yaxşı şeydi. Özü dəpulsuz-parasız. Bir o pullu məsləhətxanaları çıxmaq şərtilə. Orda məsləhətpulludu. Orda məsləhətin ət hissəsindən yapışıblar.

Hamı bir-birinəməsləhət verir. Tükənmir məsləhət. Nə məsləhət verənimiz bitir, nə də ki, məsləhətistəyənimiz.

O qədər məsləhətvar ki, yazdıqca da bitmir. Hamı məsləhət yazır. İnanmırsız? İnamınızı bərkitməküçün qəzetlərə, saytlara, jurnallara, kanallara baxın. Bütün günü məsləhətdi.Biri deyir yeməyi belə bişir, digəri arıqlamaq üçün məsləhət verir, digəri necəərə getməyi, digəri boşanmağı, digəri kişiliyi və s.

Məsləhətömrümüzün, günümüzün havasıdı.

Həm də deyirlərki, vaxtı ilə donumuzun da gen olması məsləhətdən olub. Amma deyəsən artıq o məsləhətdəyərini itirib. Donlarımız daralıb. Daralmağı bir yana, hələ cırılıb da. Cırıqvə dar don məsləhətsiz tikilənlərdi. Məsləhətlidon gen olar.

Bir iş görməkistəyirsənsə mütləqdir ki, gərək bir neçə adil kimi görsənən insanlardan məsləhətalasan. Çünki bu zəmanədə hara üz tutsan gərək ki, işini əvvəlcədən elə qurasanki, qurub axırına çıxa biləsən. Yarıda ilişib qaldınsa, birinci qınanılacaqsan ki, bir məsləhət edəydində. Ona görə də məsləhətdən və bir də məsləhətini xərcləyən adamlardan bərkyapışın.

Mənim dətanıdığım bir məsləhətşünas var. Qonşumdu.Köhnələrdəndi. Dünyanın bicliklərindən başı çıxan adamdı. Qonşulardankim nədən və ya nə çətinlikdən söhbət edirsə, çevrəsində kimin dayanmağındanasılı olmayaraq gözü həmən məsləhətçidə olur. Və heç kim də ondan əvvəl hansısabir məsələynən bağlı məsləhət vermir. Çünki sınanılmış məsləhətçidi. Məsləhətitez-tez tutanlardandır.

O günqonşulardan biri qalmışdı girinc. Bilmirdi hamilə arvadını hansı doğum evinəaparsın ki, övladının gəliş xərci az çıxsın. Məsləhətçi sandığından elə məsləhətlərçıxartdı ki, bəlkə də səhiyyə nazirliyinində heç bundan xəbəri yoxdu. Doğacaqqadının kişisini elə məslətləndirdi ki, qonşu onun şərəfinə uşağının adını Tövsiyyə qoydu. Tövsiyyəni cibəmünasib yerdən ölkəyə gəldiyi üçün.

Sonra o biriqonşumuza da uşağının bağça işi ilə əlaqədar elə məsləhət verdi ki, o uşağınıbağçaya 500 manata yox, 300 manata qoydu. Özü də düz metronun yanında. Uşağıaparıb gətirmək işi də düzəldi.

Bir məktəblininvalideyninə də dedi ki, bayramda övladına de məktəbin tədbirində Cəlilabadmahnısını oxusun. Direktor oralıdı. Uduzmazsan. İndi həmin qonşumuzu qoyublarKomitəyə sədr. Valideynlər Komitəsinə.

Belə misallaronlarcadı. Elə buna görə də yapışmışıq o məsləhətçidən.

Tək biz yox, eləbütün dövlət qurumları da yapışıb məsləhətçidən. Hansı nazirliyin, komitəninkadrlarının vəzifəsinə baxsan hərəsində bir məsləhətçi sözü var. Hamısı məsləhətverir. Onlar hələ bölünürlər də. Baş məsləhətçi, aparıcı məsləhətçi, yarıyoldaqoyan məsləhətçi və s. Bunlar məsləhət verəndirsə bəs işi görən kimdi görəsən?!Onu yəqin ki, məsləhətləşməyiblər. Məsləhətsiz görülən işdən də ki, xeyirolmaz.

Məsləhətliaş dadlı olar. Bunu atalar deyib. Atalar aşı məsləhətlə yeyib və faydasınıgörüblər ki, deyiblər də. Aş yeyəndə məsləhətləşin.

Əgərkiminsə bostanına daş atası olsanız yenə də məsləhətləşin ki, daşınız uzaqgetsin.

Əgərkimnənsə məsləhət gözləsəz və ya istəsəz, o Sizə məsləhətini çox görsə, onu daqınamayın. Çünki malonundur. İstəmir ki, məsləhətinibölüşsün.

Bu gün məsləhətelə bil silahdır ki, hamı üstündə daşıyır. Və hamı da bu silahdan istifadə edir. Ona atır, bunaatır. Arada özünə də atır. Bu davada hərənin öz silahı, öz məsləhəti var.

Məsləhətlərəqulaq asın!.. Bilin ki, belə MƏSLƏHƏTDİ...


TƏQVİM / ARXİV