adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Yanvar 2018 17:28
60822
AVTOMABİL
A- A+

Yol polisi sürücüləri diqqətli olmağa çağırdı - Xəbərdarlıq

DYP yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücülər yola çıxarkən hava şəraitini nəzərə almalıdırlar.

"Harada ki,havayağmurlu keçir, sulu qar yağır, həmin ərazilərdə sürücülər diqqətli olsunlar. Ara məsafəsinin saxlanılmasına diqqət etmək lazmdır. Nəzərə alınmalıdır ki, yolda sürüşmə ola bilər. Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar" , - deyə DYP rəsmisi vurğulayıb.

Qeyd edək ki, son günlərhavaşəraiti qeyri-sabit keçir.